Gəncə sakini: "Evlərimizi zorla sökürlər, təzyiq edirlər"

Gəncə sakini: "Evlərimizi zorla sökürlər, təzyiq edirlər"
13 Avqust 2016
Mətni dəyiş

Bir qrup Gəncə sakini Gəncəçay sahilindəki evlərindən məcburən çıxarılmaları ilə bağlı Prezident Administrasiyasına gediblər.

Onların sözlərinə görə, yerli hakimiyyət bəhanə altında 110 ev sökməyə hazırlaşır.  Sakinlərə 1 kv. metrə görə 300 manat və ya müvəqqəti olaraq mənzil kirayə götürməyi təklif edirlər və “imkan olanda” onları yeni mənzillə təmin etməyi təklif edirlər. Bu barədə Turan-a şikayətçilərdən biri bildirib. Onun sözlərinə görə, artıq 12 ev sökülüb. Digər tikililəri də eyni durum gözləyir.

Yerli sakinlər üçüncü dəfədir ki, Prezident Administrasiyasına gəlsələr də onlara soyuq münasibət göstərilməsindən şikayətlənirlər. Bundan əlavə, Bakıdan qayıtdıqdan sonra Gəncə Şəhər Administrasiyasında paytaxta şikayətə getdiklərinə görə onlara təzyiq göstərilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun