Erdoğan: Ölüm cəzası bərpa edilməlidir

Erdoğan: Ölüm cəzası bərpa edilməlidir
29 Avqust 2016
Mətni dəyiş
Türkiyə prezidenti Recep Tayyib Erdoğan ölüm cəzası ilə bağlı çağırışını bir daha dilə gətirib. Prezidentin sözlərinə görə, cəzanın bərpası ilə Türkiyədə çox sayda insanın arzusu həyata keçəcək:
“Mən sizin tələbinizi bir daha parlamentə daşıyıram. Onlar məsələni nəzərdən keçirib, qərar verməlidir. Qərarı mən təsdiq edəcəyəm”.
Türkiyə prezidenti Gaziantep şəhərində 54 nəfərin ölümünə yol açan hücumdan sonra "Birlik, Bərabərlik ve Qardaşlıq Mitingi”ndə İŞİD və PYD-yə qarşı həyata keçirilən əməliyyatın davam etdiriləcəyinə söz verib.
Türkiyənin dövlət başçısı bildirib ki, üzərimizə düşən hər bir işi görməkdə qərarlıyıq.
Qeyd edək ki, Erdoğan ölüm hökmünün bərpası çağırışlarını iyul ayı çevriliş cəhdindən sonra tez-tez təkrar edir.
Basqıların hədəfi isə ordu, polis, kəşfiyyat agentləri, jurnalistlər və ziyalılardır.
On minlərlə insan nəzarət altına alınıb və ya işindən uzaqlaşdırılıb.
"Amnesty International" təşkilatı isə öz növbəsində Erdoğanı təmkin nümayiş etdrməyə çağıraraq, ölüm cəzasının cevriliş cəhdində əli olanlara tətbiq ediləcəyi barədə xəbərdarlıq verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun