Cahangir Hacıyevin həbsi ilə bağlı Avropa Məhkəməsinə müraciət olunub

Cahangir Hacıyevin həbsi ilə bağlı Avropa Məhkəməsinə müraciət olunub
17 Avqust 2016
Mətni dəyiş
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həbsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub.
Bu barədə vəkil Aqil Layicov Bakı Ağır Cinayətlər Məhkəməsində Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmənin bu gün keçirilən hazırlıq iclasında çıxışızamanı məlumat verib.
Vəkilin sözlərinə görə, Avropa Məhkəməsinə müraciətdə C. Hacıyevin həbsinin qanunsuz olduğu bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun