Cahangir Hacıyevin cinayət işi üzrə məhkəmə baxışının vaxtı təyin edilib

Cahangir Hacıyevin cinayət işi üzrə məhkəmə baxışının vaxtı təyin edilib
17 Avqust 2016
Mətni dəyiş
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fasilədən sonra davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin qaldırdıqları vəsatətlərin təmin olunmadığı elan edilib.
Nəticədə məhkəmə baxışı avqustun 24-nə təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun