Azərbaycan millisindən qovulan idmançı Olimpiya çempionu oldu - foto

Azərbaycan millisindən qovulan idmançı Olimpiya çempionu oldu - foto
11 Avqust 2016
Mətni dəyiş
Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub. APA-nın məlumatına görə, N. Rəhimov 77 kq çəki dərəcəsində olimpiya çempionu olub.
Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd Mahmudu geridə qoyub. N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.
Buna da bax: Olimpiya çempionunun atasının müsahibəsi
Qeyd edək ki, 2013-cü ildə Nicat Rəhimov bolqar baş məşqçisindən şikayət etdiyinə görə Azərbaycan milli komandasından qovulub. O iddi edirdi ki, məşqçi millinin üzvlərinə dopinqli dərmanlar verir və onları qəbul etməyə məcbur edir.
O, bundan sonra 2014-cü ildə Azərbaycanı tərk edib və Qazaxıstan vətəndaşı olaraq, Qazaxıstan adından yarışmalara qatılıb.
Reuters Agentliyinin çəkdiyi fotoları təqdim edirik.
nicat rəhimov nicat rəhimov2 nicat rəhimov3 nicat rəhimov4 nicat rəhimov5
nicat rəhimov1

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun