Yerevanda silahlılara qarşı əməliyyat başlayıb?

Yerevanda silahlılara qarşı əməliyyat başlayıb?
31 İyul 2016
Mətni dəyiş
Yerevanda faktiki olaraq fövqəladə vəziyyət hökm sürür. Küçələrdə əli avtomatlı polislər növbə çəkir. Bütün maşınlar, piyadalar yoxlanılır. Ən ciddi yoxlamalar metronun giriş-çıxışlarında müşahidə olunur.
Ələ keçirilmiş polis binasının (Post Patrul Xidməti) ətrafında vəziyyət gərgin olaraq qalır. Hərçənd, ərazidə zirehli texnikaların və polislərin sayı da azaldılıb. Erməni mənbələri məlumat yayır ki, yerli vaxtla saat 12 radələrindən etibarən PPX ərazisində ardıcıl partlayışlar baş verir. Lakin bunun səbəbi barədə məlumat yoxdur.
Bu arada Ermənistan polisi dünən polis əməkdaşının ölümünə səbəb olmuş güllənin uçuş trayektoriyasını dərc edib. Polis təsdiqləyir ki, güllə snayperlə PPX binasının damından atılıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun