Ukraynada ATƏT-ə məxsus pilotsuz aparat vurulub

Ukraynada ATƏT-ə məxsus pilotsuz aparat vurulub
27 İyul 2016
Mətni dəyiş
Ukraynada ATƏT-in Xüsusi Monitorinq Missiyasına məxsus olan pilotsuz uçuş aparatı (PUA) vurulub, digəri isə iki dəfə atəşə tutulub.
Bu haqda məlumat qurumun rəsmiləri tərəfindən açıqlanıb.
Məlumata əsasən, aparatla əlaqə ötən gecə Avdeyevkada itib. Ukrayna hərbçiləri səhər saatlarında  pilotsuz aparatların qalıqlarını müşahidəçilərə təhvil veriblər.
Həmin hadisədən bir müddət sonra Kalinovoye yaşayış məntəqəsi yaxınlığında digər aparat atəşə tutulub, lakin zədələnməyib. Növbəti uçuş zamanı pilotsuz uçan aparat Kadiyevka rayonunda  təkrar atəşə tutulub.
Xüsusi Monitorinq Missiyası insidentlər barədə Birgə Nəzarət və Koordinasiya Mərkəzini məlumatlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun