Türkiyədə edam müzakirəsi

Türkiyədə edam müzakirəsi
17 İyul 2016
Mətni dəyiş
Türk Silahlı Qüvvələri-nin daxilindəki bir qrupun uğursuz nəticələnən dövlət çevrilişə cəhdindən sonra İstanbula qayıdan Türkiyənin prezidenti Recep Tayyip Erdoğan Kısıklı adlanan ərazidə öz tərəfdarlarının qarşısında çıxış edib.
Hərbi çevrilişə cəhdin Türk Silahlı Qüvəllərinin tamamının deyil, daxilindəki xain bir azınlıq tərəfindən hazırlandığını bildirən Erdoğan, ABŞ-da yaşayan dini qruplaşma lideri Fethullah Güleni və hərəkatını günahlandıraraq ABŞ prezidenti Barack Obamaya səslənənərək Gülenin Türkiyəyə geri qaytarılmasının vacibliyini bir daha vurğuladı.
Tərəfdarları tərəfindən səsləndirilən "edam istəyirik" şüarına cavab olaraq isə "hər tələbin dəyərləndirilməsi demokratik ölkələrdə bir haqqdır" deyə bildirdi.
Türkiyədə edam cəzası ən son 1984-cü ildə yerinə yetirilib, 2014-cü ildən isə rəsmən Türk cəza qanunundan çıxarılmışdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun