Türkiyədə 1043 özəl məktəb, 1229 fond və dərnək, 19 həmkərlar ittifaqı bağlanıb

Türkiyədə 1043 özəl məktəb, 1229 fond və dərnək, 19 həmkərlar ittifaqı bağlanıb
23 İyul 2016
Mətni dəyiş
Türkiyədə 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdin ardından başlayan fövqəladə vəziyyətdə ilk fərman imzalanıb.
Rəsmi qəzetdə yayımlanan Fövqəladə Hal çərçivəsində görülən tədbirlər haqqında qanun çərçivəsində 35 səhiyyə qurumu, 1043 özəl məktəb, 1229 fond və dərnək, 19 həmkərlar ittifaqı, federasiya və konfederasiyanın fəaliyyətinə fərmanla xitam verilib.
Bundan əlavə hadisələr zamanı polis tərəfindən nəzarətə alınanların saxlanılma müddəti də bir aya qədər uzadılıb. Fərmana əsasən vəzifəsindən uzaqlaşdırılan məmurlar bir daha dövlət işində çalışa bilməyəcəklər.
Bugündən etibarən qüvvəyə minən fərmanın icrası birbaşa Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Qeyd edək ki, fərman Türkiyə Konstitusiyasının 121-ci maddəsi ilə 25.10.1983-cü il tarixli və 2935 saylı Fövqəladə Vəziyyət Qanununun 4-cü maddəsinə görə ölkə başçısının rəhbərliyində toplanan Nazirlər Kabineti tərəfindən 22.07.2016 tarixində qərarlaşdırılıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun