Qafqaz Universiteti başqa ali məktəbin idarəçiliyinə verildi

Qafqaz Universiteti başqa ali məktəbin idarəçiliyinə verildi
20 İyul 2016
Mətni dəyiş
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildiyini bildirib. AzadlıqRadiosunun verdiyi məlumata görə, bu barədə o Facebook hesabında yazıb.
Xaliq Məmmədov qeyd edir ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib:
"Tələbbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyyət də fəaliyyətini davam etdirəcəkdir", - vitse-prezidnt bildirib.
Bir neçə il əvvəl Azərbaycanda fəaliyyət göstərən Çağ Öyrətim məktəblərinin bəziləri Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzininə verilmişdi.
O zaman yerli media Çağ Öyrətim məktəblərinin ABŞ-da yaşayan Fətullah Gülən-ə bağlı olduğuna görə Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın istəyi əsasında bağlandığını yazmışdı.
Xaliq Məmmədov AzadlıqRadiosuna müsahibəsində bildrimişdi ki, «Çağ Öyrətim»in tərkibindəki bütün türk məktəbləri Beynəlxalq Təhsil Mərkəzinin tərkibində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinn tərkibinə daxil edilib.
O vaxt vitse-prezident bunu onunla əsaslandırmışdı ki, "Çağ Öyretim" rəhbərliyi türk məktəblərin Beynəlxalq Təhsil Kompleksinn tərkibinə daxil edilməsini könüllü istəyib.
SOCAR Beynəlxalq Təhsil Mərkəzinin əsas sponsorudur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun