Polis 15 yaşlı məktəblini öldürdü

Polis 15 yaşlı məktəblini öldürdü
2 İyul 2016
Mətni dəyiş
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, Əmircan qəsəbəsində Suraxanı rayon Polis İdarəsinə məxsus olan 90 AP 597 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" yolu keçmək istəyən 15 yaşlı oğlanı vurub.
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, məktəblinin kimliyi müəyyənləşib, həlak olan uşaq 2001-ci il təvəllüdlü Ələkbər Zirəddin oğlu Əhmədovdur.
Ağır xəsarət alan məktəblinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun