Londonda Brexit-ə qarşı on minlər (fotolar)

Londonda Brexit-ə qarşı on minlər (fotolar)
3 İyul 2016
Mətni dəyiş
BBC-nin verdiyi məlumata görə Britaniya paytaxtının mərkəzində ölkənin Aİ üzvlüyündən çıxmasının əleyhdarları etiraz aksiyasına qatılıblar. Yürüş iştirakçıları ümid edirlər ki, parlament ölkənin Avropa İttifaqından çıxmasının qarşısını ala bilər.
"Biz Brexit-in qarşısını ala bilərik. Brexit qərarını yenidən nəzərdən keçirmək üçün parlamenti lazım gələn hər bir vasitə ilə təmin etməliyik ki, o müdrik qərar qəbul etsin. Necə olsa da hakimiyyət xalqa məxsusdur. Laqeydlik göstərməyib təşkilatlansaq vəziyyəti dəyişdirə bilərik”, - yürüş təşkilatçılarının Facebook səhifəsində deyilir.
23 iyunda keçirilən referendumun nəticəsinə görə seçkiyə qatılanların az qala 52 faizi Avropa İttifaqını tərk etməyə səs verib.
br1   br2 br4 br5 br3  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun