"İstanbul terrorunun əsas təşkilatçısını həbs etmişdik"

"İstanbul terrorunun əsas təşkilatçısını həbs etmişdik"
2 İyul 2016
Mətni dəyiş
Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynada Odessanın qubernatoru olan Mixail Saakaşvili İstanbul Atatürk Aeroportunda baş verən terror hadisəsi ilə bağlı sosial şəbəkədə açıqlama yayıb. 
O bildirib ki, hadisənin təşkilatçılarından biri Əhməd Çatayevin vaxtilə Gürcüstanda həbs olunub, əməliyyat zamanı isə 3 polis həlak olub.
"Rusiya vətəndaşı Əhməd Çatayevin İstanbul hava limanında törədilmiş terror aktının əsas təşkilatçısı olduğu bildirilir. O, mənim rəhbərliyim dövründə hazırda Odessa Polis Departamentinin rəhbəri olan general Giorgi Lortkipanidze tərəfindən keçirilmiş anti-terror əməliyyatı zamanı həbs edilmişdi".
Özümü terror qurbanları ilə həmrəy hiss edirəm, bəs Gürcüstan hökuməti də belə hiss edirmi?
İvanaşvili
Saakaşvili həmçinin indiki Gürcüstan hökumətini və dövrünün baş naziri İvanaşvilini ittiham edib. O bildirib ki, 2012-ci ildə Gürcüstan hökuməti və İvanaşvili terroristin siyasi məhbus olduğunu iddia edib və onu azadlığa buraxıblar.
"Bu əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrinin 3 nəfəri öldürülmüşdü. 2012-ci ildə hökümət dəyişikliyindən sonra, rusiyalı oliqarx İvanaşvilinin rəhbərlik etdiyi hökümət onu təcili azad etdi, yeni hökümətin bir çox lideri onu siyasi məhbus hesab edirdi. Mən o vaxt hələ də prezident idim və buna kəskin etiraz etdim, lakin prokurorluq əsassız hesab etdi. İndi isə həmin adamın çoxsayda günahsız insanı öldürdüyü bildirilir. Mənim 10 yaşlı oğlum hücum ərəfəsində eyni terminaldan səyahət edirdi, buna görə də bu qəddar qətlin qurbanları ilə özümü daha həmrəy hiss edirəm. Bəs Gürcüstan höküməti də belə hiss edirmi?" 
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun