Ermənistanda polis alayını ələ keçirən dəstənin daha üç üzvü yaralanıb

Ermənistanda polis alayını ələ keçirən dəstənin daha üç üzvü yaralanıb
30 İyul 2016
Mətni dəyiş
Yerevanda polis keşikçi-patrul xidməti (KPX) alayı binasını ələ keçirib 13-cü gün saxlayan silahlı qrupun daha üç üzvü yaralanıb, qrupun liderlərindən biri Varujan Avetisyan telefonla informasiya agentliklərinə deyib.
Daha əvvəl Varujan Avetisyan demişdi ki, silahlı qrupun üzvü “Yalquzaq” döyüş ləqəbli Araik Xandoyan snayper gülləsi ilə ayağından yaralanıb. Araik Xandoyan Qarabağ müharibəsi könüllülərindən.
[caption id="attachment_3516" align="alignleft" width="300"]Varuyan Avetisyan Varujan Avetisyan[/caption]
Xandoyan ərazi üzərindən uçan pilotsuz uçan qurğusundan yerə partlayıcı cihazlar atıldığını yoxlamaq istəyərkən yaralanıb.
Bundan bir neçə saat sonra yaralananların adı məlum deyil.
Varujan Avetisyan ehtimal edir ki, hökumət qüvvələri hücuma hazırlaşır.
“Belə davam etsə, biz silahla müdafiə olunmağa məcbur olacağıq. Biz terrorçu deyilik, istəmirik qan tökülsün, lakin ciddi zərbə endirmək üçün yetərli gücümüz var”, - Avetisyan bəyan edib.
Məlumatı Ermənistan polisi informasiya və ictimai əlaqələr idarəsinin rəisi Aşot Aharonyan da təsdiqləyib.
Polis rəsmisinin Facebook səhifəsində qeyd etdiyinə görə, KPX ərazisində atəş səsləri eşidilib. Hüquq-mühafizə orqan nümayəndələri cavab atəş açıblar, Araik Xandoyan yaralanıb.
[caption id="attachment_3517" align="alignleft" width="300"]Jirayr Sefilyan Jirayr Sefilyan[/caption]
Bu, iyulun 17-də bəri KPX alayının silahlı qrup tərəfindən ələ keçirilməsi ilə bağlı 16-ci yaralanandır. Daha əvvəl, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, 11 nəfərə stasionar şəraitdə tibbi yardım göstərilir. Onların dörd nəfəri polis əməkdaşıdır.
Silahlı qrupun daha 3 üzvü həbsxana xəstəxanasında tibbi yardım alır.
“Sasna tsrer” silahlı qrup iyulun 17-də polis keşikçi-patrul alayını ələ keçirib. Qrup müxalif “Müəssislər məclisi” hərəkatının lideri Jirayr Sefilyanın azad edilməsi və prezident Serj Sarkisyanın istefa verməsini tələb edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun