Etirazçı rəssamın əsəri 295 min dollara satıldı (fotolar)

Etirazçı rəssamın əsəri 295 min dollara satıldı (fotolar)
17 İyul 2016
Mətni dəyiş
Dünyanın ən tanınmış qraffiti sənətçisi, rəssam Banksy-nin Londonda auksiona çıxarılan “SWAT Van” (Xüsusi Təyinatlıların Maşını) adlı əsəri 295 min dollara satılıb.
Hərrac Londonda yerləşən Bonhams auksion evində baş tutub. Bonhams-ın incəsənət müdiri Ralph Taylorun deyib ki, “ictimaiyyətin gördüyü ən yaxşı Banksy əsəri” 295 min dollara satılıb.
Banksy-1
Məhşur sənətçi avtobusun bir tərəfinə “Oz ölkəsinin sehirbazı” əsərinin qəhrəmanı Dorotini, digər tərəfinə isə təhlükəsizlik qüvvələrini qorxutmağa hazırlaşan uşağı çəkib.
“Xüsusi Təyinatlıların maşını” Banksy-nin 2006-cı ildə Los-Angeles-dəki “Barely Legal” adlı ilk fərdi sərgisində nümayiş olunub. Ondan sonra ictimaiyyət arasında, yaxud hansısa sərgidə görülməmişdi. Sərginin açılışında Brad Pitt, Angelina Jolie, Cameron Dioaz, Dennis Hopper kimi məhşur aktyorlarda iştirak edirdilər.
Kimliyini hələ də gizli saxlayan Banksy ictimai yerlərdə çəkdiyi qraffitilərlə sosial mesajlar verməyi ilə tanınır. (ardı aşağıda)
Banksy-3
Banksy Yanvar ayında Fransa polisinin Calais (Kale) şəhərində qaçqınları bibər qazı ilə dağıtmasına əsəriylə etiraz etmişdi. Dekabrda da suriyalıların Fransada qarşılaşdıqları münasibətə görə Calais qaçqın düşərgəsinə Apple-ın yaradıcısı Svete Jobs-un şəklini çəkmişdi.
banksy_01_2015
2015-ci ilin əvvəlində də məhşur yazıçı yeraltı tunellərdən keçərək Qəzza bölgəsində dağıntılara əsərlərini çəkməklə bölgədə baş verən hadisələrə etirazını bildirmişdi.
banksy-5  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun