AKP-də "silahlanma" qərarı

AKP-də "silahlanma" qərarı
19 İyul 2016
Mətni dəyiş
Türkiyə prezidenti Tayyip Erdoğanın baş müşaviri Şeref Malkoç vətəndaşların silahlanmasına olan maneələrin ləğv olunacağını bildirib.
"TRT Haber" canlı yayımda açıqlamalar verən Malkoç deyib ki, indi vətəndaşların sənədli, lisenziyalı silah ala bilməyində problemlər yaradılır: "Cənab daxili işlər nazirimiz bununla bağlı qanuna dəyişikliklər tələb edəcək, millətimizin lisenziyalı silah almasına şərait yaradılacaq. Türkiyədə hadisə olur, insanlar bir-birini vurur, çoxu sənədsiz silahlarla olur. Amma çevrilişə cəhd edənlərə qarşı millətin özünü müdafiə etməsi üçün lisenziyalı silahın verilməsinə şərait yaradılmalıdır. İnsanların təməl müdafiə haqqı üçün mütləq sənədli silah alınması leqallaşdırılmalıdır".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun