82 yaşlı yapon imperator taxtı buraxır

82 yaşlı yapon imperator taxtı buraxır
15 İyul 2016
Mətni dəyiş
Yaponiya imperatoru Akihito öz istəyi ilə taxtı buraxacağını bildirib.
82 yaşındakı imperatorun bu qərarı verməyinin  əsas səbəbi səhhətində yaranmış problemlər və yaşının çox olmağı bildirilir.
Yapon mətbuatı xəbər verir ki, 82 yaşı imperator Akihitonun yaşı və səhhətindəki problemləri əsas götürərək vəzifədən gedəcəyini elan edib.
Yaponiyada son 200 ildə oxşar hadisənin baş vermədiyini bildirilir. İmperatorun taxtdan öz xoşu ilə getməsi ən son 1817-ci ildə, imperator Koukaku dönəmində baş verib.
İndiki imperator Akihito atası Hirohito-nun 7 yanvar 1989-da ölməyindən sonra 55 yaşında taxta oturmuşdu. Akihito-nun varisi isə 56 yaşındakı şahzadə oğul Naruhito-nun olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun