Ucuz neft erası bitir?

Ucuz neft erası bitir?
15 İyun 2016
Mətni dəyiş
"Foreign Policy" dərgisində Keith Johnson yazır ki, neftə tələbin artması, təklifin isə azalması qiymətləri qaldırmaqdadır. Təklif Kanada, Nigeriya, Liviya kimi ölkələrin hesabına azalıb. Azadlıq Radiosunun verdiyi məlumata görə, Çərşənbə axşamı Beynəlxalq Enerji Agentliyi (BEA) bildirib ki, ilin sonunadək neft bazarında tarazlığın yaranmasını gözləyir. Bu o deməkdir ki, dünyada istehlak olunan qədər neft çıxarılacaq. Müəllif yazır ki, bu da qiymətləri qaldıracaq. "Bazarın normal balansa qayıtmasına görə OPEC istehsalçılarına, özəlliklə Səudiyyə Ərəbistanına təşəkkür düşmür. Onlar qiymətlərin düşməsinə rəğmən, əlavə neft çıxarıblar. Bazar neft təchizatındakı pozuntulara minnətdar olmalıdır", - müəllif yazır. Kanadada meşə yanğınları hasilatı günə 1 milyon barreldən çox azaldıb. Yanğınlar səngisə də, Nigeriya və Liviyada problemlər uzun müddətə qalacaq, - BEA belə deyir. "Təklifdəki bu kəsilmələr xam neftin qiymətinin əsaslarını möhkəmləndirdi, qlobal təkliflə tələb arasında yenidən balanslaşmanı sürətləndirdi", - "Rapidan Group" enerji konsultasiya şirkətinin təsisçisi və prezidenti Robert McNally deyir. Nigeriyadakı durum xüsusilə narahatlıq yaradır. Bu ölkədəki vandalizm və hücumlar mayda gündəlik hasilatı 1 milyon barrelədək azaldıb. Digər tərəfdən yaraqlıların yeni nəsli öz sələfləri kimi hökumətlə danışıqlara meylli deyil. Təhlilçilərin fikrincə, Nigeriyada 2006-09-cu illərdəki kimi, uzunmüddətli pozulma riski var. O zaman yaraqlılar sistematik olaraq xarici neft şirkətlərinə hücum edirdilər.    

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun