Rəqibləri Donald Trampa qarşı birləşir

Rəqibləri Donald Trampa qarşı birləşir
26 Aprel 2016
Mətni dəyiş
ABŞ-da respublikaçı prezidentliyə namizədlərdən Ted Kruz və Con Keysik digər namizəd, milyarder tikinti maqnatı Donald Trampa qarşı birləşirlər.
ABŞ-da respublikaçıların prezidentliyə namizədlərindən biri Donald Tramp praymerilərdə eyni partiyadan olan rəqibləri Kruzu və Keysiki ittiham edib. Tramp onların növbəti 3 ştatda ona qarşı birləşdiklərini bildirib və buna həmin namizədlərin məcbur qaldıqlarını, onların vəziyyətinin "acıqlı" olduğunu deyib,
"Gizli anlaşmaları bir çox sektorda qanundan kənardır, ancaq bu iki vaşinqtonlu namizəd yarışda qalmaq üçün bu qədər düşüblər. Riyazi olaraq onsuz da şansları qalmayıb. Sadəcə bu vəziyyət onların ianəçilərinin və lobbiçilərinin kuklaları olduğunu, özlərinin və seçki kampaniyalarının nə qədər zəif olduğunu göstərir" deyə Tramp açıqlama verib.
[caption id="attachment_1143" align="alignnone" width="604"]Donald Trump, Ted Cruz and John Kasich debate at the University of Miami. Donald Trump, Ted Cruz and John Kasich debate at the University of Miami.[/caption]
Ştatları paylaşıblar
Kruz və Keysikin kampaniyalarını aparanlar bazar günü açıqlama veriblər ki, namizədlərin daha yüksək şansı olan ştatlara konsentrasiya olacaqları ilə bağlı qərar veriblər. Buna görə Ted Kruz İndiana ştatında Keysikin rəqabəti olmadan yarışacaq. Qarşılığında isə Kruz Oreqon və Nyu-Meksika ştatlarında Con Keysikə rəqib olmayacaq.
Texas ştatından senator Kruz və Ohayo qubernatoru Keysik bu addımlarla Trampa qarşı şanslarını artırmağı hədəfləyirlər.
Respublikaçı Partiyada keçirilən praymerilərdəki nəticələrə görə Trampı dəstəkləyən 845, Kruzu dəstəkləyən 559 və Keysiki dəstəkləyən 148 nümayəndə var.
Razılaşma qanunidir
Partiyanın seçki nizamnaməsinə görə isə Kruz və Keysikin əldə etdiyi razılaşma qanunidir. Prezidentliyə vahid respublikaçı namizədin müəyyənləşmə müddəti 18 iyunda başlayacaq. Həmin gün partiyanın konventi keçiriləcək və namizəd qurultayda müəyyənləşəcək.
İstifadə olunan mənbə: Reuters

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun