Leyla və Arif Yunus ölkədən getdi

Leyla və Arif Yunus ölkədən getdi
20 Aprel 2016
Mətni dəyiş
Keçmiş vicdan məhbusları, tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus müalicə məqsədilə ölkəni tərk edə biliblər. Azadlıq qəzeti məlumat veriri ki, onlar bu gün səhər saatlarında Niderlandın paytaxtı Amsterdama eniblər. Keçmiş siyasi məhbusları hava limanında Niderland XİN əməkdaşları və qızları Dinara Yunus qarşılayıb.
Yunuslar ölkəni məhz Niderland XİN-in dəstəyi ilə tərk edə biliblər. Onlar Niderlandda müalicə olunacaqlar. Müalicədən sonra Niderlandda qalıb qalmayacaqları isə hələ bəlli deyil. Niderland XİN nümayəndəsi deyib ki, bu, Yunusların verəcəyi qərardan asılıdır.
Yunuslar həbsdən çıxdıqdan sonra səhhətlərindəki problemlərə görə müalicə məqsədilə ölkəni tərk etmək istəyirdilər, lakin buna icazə verilmirdi.
Abzas.net
[caption id="attachment_1024" align="alignnone" width="604"]leyla yunus arif yunus Arif Yunus, Leyla Yunus və Dinara Yunus[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun