Cümə, 20 Sentyabr, 2019
Keçən ilin oktyabrında sosial şəbəkələrdə Finlandiya prezidenti Sauli Niinistönün maraqlı şəkli çox paylaşılırdı. Şimali Avropa ölkəsinin rəhbərinə tədbirlərdən birində zalda yer çatmamışdı, o da pilləkənlərdə əyləşmişdi. Əlbəttə, bu hal bizi xeyli təəccübləndirmişdi, cənab Niinistöyə də böyük rəğbət yaratmışdı. Sonradan öyrəndik ki, Finlandiya prezidenti həyat yoldaşının çıxışını izləmək üçün kitab...
Hərə bir şey üçün darıxır. Hərə bir şeyin xiffətini çəkir. Biri keçmişin dondurmalarındakı dadı, biri keçmişin çörəklərindəki ətri axtarmaqdadı. Biri keçmişdəki arvadların zirəkliyindən, biri keçmişdəki kişilərin işgüzarlığından, zəhmindən ötrü darıxmaqdadı. 37-ci ilin repressiyaları üçün burnunun ucu göynəyənlər, "Ah nə kef çəkməli əyyam idi", - deyib sovet dövrünün senzurasını arzulayanlar da...
Samir Əliyev Mərkəzi Bankın aprelin 2-də keçirilən depozit hərracında gözlənildiyi kimi tələb yüksək olmaqla yanaşı yeni rekord vurub. MB-nin 250 milyon AZN həcmində təklifinə qarşı banklar tərəfindən sifariş 1,2 milyard AZN-ə yaxın olub. Bu, son 1 ayda 4-cü rekord göstəricidir. Martın 29-da keçirilən hərracda depozitin cəlbedilmə müddətinin 20 günə qaldırılması...
Seymur Baycan Gecələr AzTV-nin qülləsinə baxanda adama elə gəlir ki, böyük bir hərbi düşərgədəsən və AzTV də dayanmadan bu düşərgənin hər tərəfinə işıq salmaqla məşğuldur. Ki, ora-bura qaçıb eləyən olmasın. Hər şey nəzarət altında olsun. Heç kim heç harda gizlincə pis-pis işlərlə muşğul ola bilməsin. AzTV fəlsəfəsi nə deməkdir? Etiraf edim...
Ədəbiyyat başda olmaqla digər bütün incəsənət növlərində nəsillərarası müxtəliflik bəzən mübahisələrə, birinin sənət meydanından sıxışdırılıb çıxarılmasına qədər gətirib çıxarır. Məşhur “atalar və oğullar” dilemması özündən əvvəlkini qismən və ya tamamilə dəyişmək, yenilikçi ruh qatmaqla sənət əcdadlarına  təsir etmək mövzusunu aktual edir. Bütün zamanlarda bu mübahisə müzakirəyə açıq qalır. Modernizmin keçmişi...
Bəhruz Səmədov “Həqiqətlərdən az-çox xəbərdar olanlar kimi, hamımızın indi və sonra da edə biləcəklərimizin daha doğru olması üçün öyrənəcəyimiz şeylər çoxdur, əlbəttə. Onda azadlığa hazırlayacaq tək şeyin azadlığın özü olduğuna inanırıqsa, dəmir dabanından başqa qanunu olmayan tiranlığı bir gün layiq olduğu yerə göndərə bilmək üçün edə biləcəklərimizi bu gün buna...
Zamin Hacı Söz verdiyim kimi, kinomuzun vəziyyəti haqda fikirlərimi yazmaq istəyirəm. Ancaq şablon çıxmasın, bu həm çox asandır, həm də çətindir. Asandır ona görə ki, Azərbaycan kinosunun harasından dartsan cır-cındır töküləcək və tənqidçi üçün bunu toparlayıb yazmaq su içmək kimidir. Çətindir ona görə ki, əslində Azərbaycan kinosu deyə bir zad,...
Rusiyanın son münaqişələrdəki fitnəkar rolunu dünyaya necə anladır? Moskvanın Vnukovo hava limanında  təyyarənin Bakıya uçması rəsmi şəxslərin ləngiməsi səbəbindən 2-3 saat təxirə salınmışdı. Küçəyə çıxmaq mümkün deyildi, çünki dekabr şaxtası adamın iliyinə işləyirdi. Yaxşısı aeroportun kafesində çaydan-kofedən isti bir şey içib qızınmaq idi. Mənim soyuqdan büzüşdüyümü görən dövlət müşaviri, rəhmətlik...
Seymur Baycan Yaxın bir dostum ünvanıma bir link ataraq yazmışdı: “Buna diqqətlə bax”. Açdım gördüm, üç adam - Qulu Məhərrəmli, İbrahim Nəbioğlu və Elçin Şıxlı ədəb-ərkanla, kamali-ehtiramla oturub yazıçı missiyası, yazıçının cəmiyyətdə rolu haqqında söhbət edirlər. Söhbət kifayət qədər dağınıq alınsa da, söhbətin dağınıq alındığını söhbət iştirakçıları özləri etiraf etsələr...
Bəxtiyar Hacıyev Dünən bütün dünya mətbuatı ABŞ-dakı tam günəş tutulmasını NASA TV kameraları, teleskopları, təyyarə və hava şarlarındakı kameralarla canlı yayımladı. Azərbaycan mətbuatında bu hadisə ilə bağlı xəbərdə iki tarix qeyd olunurdu, bəziləri növbəti Günəş tutulmasının 2035-də, bəziləri isə 2060-da olacağını yazmışdılar. Halbuki, il ərzində bir neçə dəfə tam, yaxud qismən...