Bazar, 5 İyul, 2020
Fevralın 16-da Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilən aksiyada polislərin düzülüşünü yumoristik formada “Yallı" rəqsinə bənzədib, videosunu hazırlayan dizayner Rəsul Həsənin yoxa çıxdığı bildirilir. Bu barədə onun atası Elşən Həsən məlumat yayıb. O, oğlunun səhər işə getdiyini, amma indiyə qədər ondan xəbər çıxmadığını bildirib. “Bilənlər varsa, xəbər etsin lütfən. Köməklik etsəniz, minnətdar...
Real TV kanalının üç əməkdaşı - Ləman Ələşrəfqızı, İlqar Mikayıloğlu və Afət Telmanqızı işdən çıxarılıb. Bu barədə Afət Telmanqızı şəxsi "Facebook" hesabında yazıb. Məlumata görə, telekanalın rəhbəri onlarla yeni əmək müqaviləsi bağlamayıb. Qeyd edək ki, jurnalistlər Ləman Ələşrafqızı və Afət Telmanqızı fevralın 9-da növbədənkənar keçirilən parlament seçkilərində deputatlığa namizəd olublar. Seçkidən sonra...
31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş bloger Mehman Hüseynovun həmin dairədən namizədliyini vermiş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyevlə bağlı şikayətinə Mərkəzi Seçki Komissiyasında baxılıb. Bloger Fərəc Quliyevlə söhbətinin səs yazısını yayıb. Həmin söhbətdə sabiq deputat Mehman Hüseynova müalicəsi üçün pul təklif edir,...
London məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın səs-küylü prosesini başa çatdırıb. Hələ 2018-ci ildə müvafiq ittiham irəli sürüldüyü Z.Hacıyeva ötən müddət ərzində iki dəfə apellyasiya versə də, son nəticədə prosesi uduzaraq ən yüksək məhkəmə pilləsi olan Ali Məhkəmədə iddia qaldırmaq hüququndan məhrum edilib. Qeyd edək...
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun namizədliyi ləğv olunub. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının iclasında məsələ müzakirə edilib. Bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı olduğu üçün namizədliyi ləğv olunub. O, həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin R.Camalovun namizədliyinin qeydə alınması ilə bağlı qərarı...
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, bloger Mehman Hüseynovun parlament seçkilərində rəqibi Fərəc Quliyev tərəfindən ələ alınması ilə bağlı şikayətinə fevralın 5-də saat 16:00-da MSK-nın iclasında baxılacaq. Bu barədə Turan-a MSK-dakı mənbə bildirib. O, mümkün qərar barədə danışmaqdan çəkinərək qeyd edib ki,  MSK şikayəti araşdıran ekspert qrupunun rəyini...
Ötən gün Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputatlığa namizəd, “Hərəkat” blokunun nümayəndəsi Ülvi Həsənova (Həsənli) və onun nümayəndəsi bloger Mehman Hüseynova xəbərdarlıq edib. Onlar barədə şikayəti bu dairədən başqa namizəd - Kəmaləddin Qafarovun (hakim Yeni Azərbaycan Partiyasından namizəd) nümayəndəsi verib. Şikayətdə bildirilib ki, Ü.Həsənov və M.Hüseynov bir...
Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məşlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib. Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb. Müzakirələr zamanı deputatların əksəriyyəti hesabatı dəstəkləyib, Turan-ın xüsusi müxbiri Strasburqdan məlumat verib. Əsasən fransalı millət vəkili Bernard Furnye Azərbaycanın Avropa İnsan...
94 saylı Bərdə seçki dairəsindən deputatlığa namizəd, Müsavat Partiyasının nümayəndəsi Dadaş Əhmədli bildirib ki, onun xeyrinə təşviqat aparan yerli sakinlərə təzyiq edilir. O bildirib ki, Ləmbəran kəndində onun xeyrinə təşviqat aparan beş yerli sakinin çəpərləri yandırılıb. Namizəd güman edir ki, bunu yerli icra strukturlarının nümayəndələri ediblər. Çəpərin ümumi uzunluğu 600 metrdir. “Biz Ekologiya...
Avropa Şurasının orqanı olan Avropa İnsan Haqqları Məhkəməsi (AİHM) 2019-cu il üzrə statistikalarını açıqlayıb. Statistik məlumatlara görə AİHM də hal-hazırda quruma üzv olan 47 dövlətə qarşı 59 min 800 məhkəmə işi baxılmağı gözləyir. AİHM-ə şikayətlərin 15 min 50-si Rusiyaya qarşı verilən şikayətlərdir. Rusiyadan sonra ən çox şikayət edilən ölkə Türkiyədir...