Bazar, 5 İyul, 2020
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Mübariz Qurbanlı Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasının hesabatına münasibət bildirib. “Azərtac”-a verdiyi müsahibəsində Mübariz Qurbanlı sənəddə 2009-cu ildən qeydiyyat üçün müraciət etmiş bir çox icmanın hələ də Komitə tərəfindən ərizələrə baxılacağını gözləməsi barədə iddianın əsassız olduğunu deyib: “Yalnız bu faktı qeyd etmək kifayətdir ki, 2009-cu...
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 12 nəfər Azərbaycan vətəndaşının şikayətini araşdırmağa başlayıb. Məlumata görə, şikayətlərdə Azərbaycanda mülkiyyət, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu iddia edilir. Ərizəçilər Məhəmməd Böyükkişiyev, Namiq Rüstəmov, Azad Abbasov, Akif Abbasov, Novruzəli Rəhimov "CIN-TELEKOM" şirkətinin hərəkətindən şikayət ediblər. Onlar yerli məhkəmədə öz hüquqlarının bərpasına nail ola bilməyiblər. Şikayətçilərin arasında...
"Azərbaycan saatı" TV proqramının yaradıcısı və aparıcısı Qənimət Zahid yeni TV kanal açır.  “Turan TV” adlanacaq yeni kanal oktyabrın 8-dən sutkada 24 saat yayımda olacaq. Bu haqda Qənimət Zahid özü məlumat yayıb. O, “Azərbaycan saatı” proqramının da yeni kanal vasitəsilə yayımlanacağını bildirib.  Peyklə yayımlanacaq kanalı aşağıdakı tezliklərdə tutmaq olar. Telekanalın frekans bilgiləri: Astra 5B...
AXCP üzvü, Astara rayon sakini Tofiq Məmmədov həbs olunub. İctimai qaydanı pozmaqda və polisə müqavimətdə günahlandırılan cəbhəçiyə Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası verilib. Bir neçə gün öncə sosial şəbəkələrdə T.Məmmədovun polis əməkdaşlarından şikayəti yayılmışdı. Bildirirdi ki, metro çıxışlarında limon satmaqla ailəsini dolandırmağa çalışır, polislər buna imkan vermir,...
Azərbaycan Respublikasına gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilmiş və çoxsaylı cinayət faktları qeydə alınıb. DTX-nın İctimai...
Bu gün Brent nefti 3,4% də ucuzlaşaraq barelinin qiyməti 57,63 dolları, ABŞ xam nefti də 3,4% ucuzlaşaraq bareli 48.23 dolları görüb.  Neft qiymətləri əvvəlki seanslarda 3%-dən çox düşmüşdü. İnvestorlar, "OPEC+" koalisiyasının hasilatın azaldılması qərarının ABŞ-da istehsalın artdığı bir şəraitdə işə yarayıb yaramayacağı məsələsində daha çox işarə axtarırlar. ABŞ-da istehsalın artacağına dair proqnozları, aralarında Səudiyyə Ərəbistanı və Rusiyanın...
Amma növbəti çağırış parlament formalaşana qədər hazırkı deputat tərkibi öz səlahiyyətlərini yerinə yetirməyə davam edəcək.  Ermənistan Milli Məclisinin deputatları gözlənildiyi kimi artıq ikinci dəfə Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini dəstəkləmədi. Bu, parlamentdə təmsil olunan siyasi qüvvələr arasında əldə olunmuş razılaşmanın nəticəsidir. Məqsəd isə parlamentin buraxılmasıdır. Elə eyni məqsədlə istefa...
Azərbaycanın Rusiyadakı səfirliyi dünən, mayın 9-u Moskvada "Bessmertnı polk" (Ölməz alay) hərəkatının yürüşü zamanı azərbaycanlı və erməni gənclər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında yazılır. Səfirlik bildirilir ki, yürüşdə iki millət arasında gərginliyin yaradılması məqsədilə təxribat törədilib. Məlumatda həmçinin vurğulanır ki, hadisə ilə əlaqədar səfir...
Azərbaycan prezidenti İlham Əliyevin və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin geniş tərkibdə görüşü olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti...
"Hökumət tərəfindən əhəmiyyətli addımlar atılıb" Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının (MSŞA) şura üzvlərindən sonra MSŞA QHT Koalisiyasının 94 üzvü Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib. Müraciətə imza atanlar MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin martın 8-9-da Kolumbiyanın paytaxtı, Boqota şəhərində keçiriləcək iclasında Azərbaycanın MHŞT-da üzvlüyünün saxlanması...