Bazar ertəsi, 6 Aprel, 2020
Ev İqtisadiyyat

İqtisadiyyat

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvarda idxal edilən 5560 minik avtomobilinin hər doqquzundan biri hibriddir. Bir ayda Azərbaycan xaricdən həm benzin yanacağı, həm də elektriklə işləyən 659 avtomobil alıb. Bu avtomobillərin bəyan edilmiş ümumi dəyəri 3,5 mln. dollardan çoxdur. Bundan əlavə, ümumi dəyəri 79 min dollar olan 7 elektromobil idxal...
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin istehsalında külək, günəş və biokütlənin payının artırılmasını hədəfləyib. Bunu Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov deyib. Onun sözlərinə görə, hazırda ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə, iri su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin payı 17%-dir: "Bu...
2019-cu ildə Bakıda istehlak malları və xidmətləri 2018-ci ilə nisbətən 2,8 faiz bahalaşıb. Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat verib Məlumatda bildirilir ki,ötən il paytaxtda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 3,4 faiz artıb. Təkcə dekabr ayında Bakıda...
2019-cu il ərzində Rusiyadan Azərbaycana 1 600 ədəd “Lada” avtomobili gətirilib. Bu haqda Rusiya Gömrük Təşkilatı xəbər verib. Məlumata görə bu, daha əvvəlki ilin nətincələri ilə müqayisədə 40% çoxdur. Ümumilikdə isə “AvtoVAZ” avtomobil istehsalı şirkəti 2019-cu ildə 50 min ədədə yaxın avtomobil ixrac edib. Bu da 2018-ci ilin nəticələri ilə müqayisədə 32% çoxdur. Rusiya avtomobillərinin əsas idxalçısı...
2019-cu ildə Azərbaycanda 100% xarici kapitallı 73 şirkət fəaliyyətini dayandırıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, xarici kapitallı daha 6 şirkət ləğv edilib. Ləğv edilən şirkətlərin sayı 2019-cu ildə təsis edilən xarici kapitallı şirkətlərin sayından dəfələrlə azdır. Bir ildə 2882 100% xarici kapitallı və 359 birgə kapitallı şirkət təsis edilib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,3 ABŞ dolları və yaxud 1,91% azalıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,94 dollar təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Azərbaycanda iqtisadi artım tempinin yüksəlməsi prosesi davam edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, rəsmi statistikaya görə cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,1% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 3,6% olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb....
Azərbaycan bankları hər ay təqribən 110 milyon manat yeni istehlak krediti verir. Bu haqdaa Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Noyabrın əvvəlinə olan məlumata görə, ölkə banklarının ümumi istehlak kredit portfeli 6 milyard 431 milyon manatdır. Bu ilin əvvəli ilə müqayisədə  1 milyard 111 milyon manat artıqdır. Xatırladaq ki, iqtisadçıların hesablamasına görə ilin...
Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP (Transanadolu qaz kəməri) qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Rəsmi məlumata görə, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan baş naziri Qaxariya iştirak edib. Prezident İlham Əliyev qeyd edib ki, TANAP layihəsi özündə 7 ölkəni...
Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) maye qazın (LPG) qiyməti artıb. “Azpetrol” şirkətlərinə məxsus YDM-də maye qazın qiyməti 0,45 manatdan 0,65 manata qalxıb. Bir neçə gün idi ki, YDM-də maye qaz qıtlığının yaşandığı deyilirdi. Yayılan məlumatlara görə əsasən “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub. “Azpetrol”-dan APA-ya bildirilib...