Bazar, 29 Mart, 2020
UEFA beynəlxalq dərəcəli futbol hakimlərinin 2017-2018 mövsümünün ikinci yarısı üçün kateqoriyalarını açıqlayıb. Azərbaycanlı FİFA referilərinin siyahısında dəyişiklik baş verməyib. Əliyar Ağayev yenə ikinci kateqoriyada qalıb. Rəhim Həsənov və Ömər Paşayev isə üçüncü kateqoriyalılar siyahısında yer alıb. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bir müddət əvvəl azərbaycanlı FİFA referilərinin sayının dördə çatdırılmasının...
La Liqa təmsilçisi "Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Xavyer Kalyehunun istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Luis Qarsiya Plasa təyin edilib. Onunla 2018/2019 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, "Vilyarreal" La Liqada hazırda 14 xalla 17-ci pillədə qərarlaşıb.
Fransa milli komandasının və "Manchester United" klubunun hücumçusu Anthony Martial vuracağı növbəti qol ilə ingilis klubunu 10 milyon avro ziyana salacaq. Abzas.net xəbər verir ki, 50 milyon avro qarşılığında "Monaco"-dan "qırmızı şeytanlar"a keçidi baş tutan 22 yaşlı futbolçunun müqaviləsindəki bəndə görə, Martial növbəti qolunu vurduqdan sonra "Manchester" şəhərinin təmsilçiləri fransızlara 10 milyon avro ödəməli olacaq. Müqavilədə bir sıra...
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son oyununda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəlib. "Report" xəbər verir ki, "Bakcell Arena"da keçirilmiş görüşdə meydan sahibləri qalib gəlib - 3:1. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmaya meydan sahibləri sürətli hücumlarla başlayıb. Flaqman bunun nəticəsi kimi 10-cu dəqiqədə hesabı açıb. Dario Frederikonun...
https://www.youtube.com/watch?v=B1SKG4pg5gI
UEFA “Skenderbeu”ya tarixin ən ağır cəzasını verib. Məlumata görə, qitənin ali futbol qurumu Albaniya təmsilçisini oyun alqı-satqısı səbəbindən cəzalandırıb. 2011-ci ildən bu yana müxtəlif yarışların nəticəsini qanunsuz üsullarla müəyyənləşdirən kluba 10 il Avropa kuboklarından kənarlaşdırılma və 1 milyon avro pul cəriməsi kəsilib. Həmçinin “Skenderbeu”nin 2015/16 mövsümündəki çempionluğu da ləğv edilib. Bu, bir Avropa...
Ukrayna təmsilçisi Vitali Kliçko Beynəlxalq Boks Federasiyası (İBF) və Dünya Boks Asossiasiyası versiyaları üzrə superağır çəkidə dünya çempionu titullarını geri qaytara bilməyib. O, Londonun "Uembli" stadionunda keçirilən döyüşdə britaniyalı Entoni Coşuaya məğlub olub. Belə ki, Vitali Kliçko 11-ci raundda rəqibinə texniki nokautla yenilib. Qeyd edək ki, Kliçkonun 41, rəqibi Coşuanın isə...
Dünən FİFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Ali futbol qurumu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan son oyunlardakı neqativ hallara hüquqi qiymət verib. FİFA bununla bağlı rəsmi saytındakı cədvəli yeniləyib. Qurum ötən ay keçirilən Azərbaycan – Şimali İrlandiya matçını da unutmayıb. İyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada...
Cənubi Koreyanın Miju şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. "Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmmədov bürünc medala sahib olub. O, yarımfinalda iranlı Mirhaşem Hosseyniyə 5:6 hesabı ilə uduzub. Qeyd edək ki, dünya çempionatında Azərbaycanın daha bir təmsilçisi Milad Beigi Harçeqani...
AFFA İntizam Komitəsi "Zirə" və "Sumqayıt" klublarını cəzalandırıb. Buna Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə baş vermiş olaylar səbəb olub. “Neftçi” – “Zirə” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. 90+4-cü dəqiqədə isə “Zirə”nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq...