Bazar, 29 Mart, 2020
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında daha bir oyuna təyinat alıb. "Report"un məlumatına görə, Ağayev III təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Styaua” və Çexiyanın “Viktoriya” komandaları arasında keçiriləcək oyuna baş hakim təyin olunub. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Qarşılaşma iyulun 25-də keçiriləcək.
Martın 16-da futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.  Abzas.net xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunan püşkatmaya turnirin final matçının səfiri, Ukrayna millisinin  baş məşqçisi Andrei Shevchenko yardımçı olub. Püşk nəticəsində aşağıdakı klublar bir-birinə rəqib olub: "Barselona” (İspaniya) - "Roma” (İtaliya) "Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya) "Yuventus”...
Türkiyənin "Qalatasaray" klubu Mariano Ferreyra Filyonu "Sevilla" klubundan transfer edib. Abzas.net xəbər verir ki, braziliyalı sağ cinah oyunçusu 3 illik anlaşmaya qol çəkib. "Sevilla" bu transferdən 4 milyon avro qazanıb. Mariano özünü yaxşı tərəfdən göstərsə, keçmiş klubu daha 500 min avro irəli düşəcək. Futbolçu özü isə ilinə 2,3 milyon avro qazanacaq. Rəsmi müqavilə "Türk...
Türkiyə Superliqasında 15-ci turun matçları davam edir. Ikinci oyun günündə daha 3 qarşılaşma keçirilib. Çempionluğa iddialılardan "Qalatasaray" turu xal itkisi ilə başa vurub. İstanbul təmsilçisi doğma meydanda "Rizespor"la bərabərə qalıb. 40-cı dəqiqədə Qari Rodriges, 58-ci dəqiqədə isə Eren Derdiyokun qolları ilə 2 top fərqi ilə önə çıxan "Cim-Bom" görüşün sonlarına doğru...
Çempionlar Liqası Play-Off mərhələsində "Rostov", 1-1'in revanşında Ajax'ı 4-1 məğlub etməyi bacarıb. 2015-2016 mövsümündə Rusiya Premyer Liqasında çempionluğu sonuncu həftədə itirən "Rostov", bu qələbə ilə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. Qeyd edək ki, Rostov'un qollarını Sardar Azmoun, Aleksandr Erokhin, Christian Noboa və Dmitri Poloz qeyd edib. Ajax'ın yeganə qolu...
"Barselona"nın yeni kapitanı müəyyənləşib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Andres İnyestanın komandadan gedişindən sonra kapitanlıq sarğısı Lionel Messiyə verilib. Argentina millisinin də kapitanı olan 31 yaşlı hücumçu bunadək Kataloniya klubunda vitse-kapitan idi. Hazırda isə vitse-kapitanlar Serxio Butskes, Jerar Pike və Serxi Robertodur. Qeyd edək ki, 16 yaşında "Barselona"ya cəlb edilən...
Avqustun 23-də Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçı çərçivəsində “Kopenhagen”in qonağı olacaq “Qarabağ”ın Danimarkaya səfər proqramı müəyyənləşib. Bu barədə “Report”a Ağdam təmsilçisinin icraçı direktoru Əmrah Çelikəl məlumat verib. O bildirib ki, Qurban Qurbanovun rəhbəlrik etdiyi kollektiv Kopenhagenə matçın baş tutacağı tarixdən iki gün əvvəl – avqustun 21-də çarter reysi ilə yola düşəcək. Menecer...
Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Günün ilk oyunu paytaxt Bakıda baş tutub. Tofiq Bəhrəmov adına Respublika stadionunda “Qarabağ” “Viktoriya”nı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Oyun boyu rəqibindən üstün futbol nümayiş etdirən "ağ-qaralar" 85-ci dəqiqədə qapılarında gördükləri qoldan sonra Çempionlar Liqası ilə vidalaşıblar. Səfərdə vurduğu qol sayəsində "Viktoriya...
2019-cu ildə futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi istəyi ilə AFFA-nın müraciəti əsasında qərar UEFA İcraiyyə Komitəsinin sabahkı iclasında qəbul olunacaq. Abzas.net xəbər verir ki, xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov affa.az-a açıqlamasında bildirib. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə...
Bu gün FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlanıb. Dünyanın 209 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 3 pillə irəliləyib. Hazırda komandamız 133-cü yerdə qərarlaşıb. DÇ-2018-in seçmə mərhələsində San Marinoya qalib gəlməsi (1:0) yığmamızın irəliləməsinə səbəb olub. Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya və Çexiya 1 pillə irəliləyib. Almanlar 3-cü, çexlər...