Çərşənbə axşamı, 18 Yanvar, 2022
Cənubi Afrika Respublikasında hərbçiləri daşıyan avtobus aşıb. Qəza Lesoto ilə sərhəddə yerləşən Clarence şəhəri yaxınlığında qeydə alınıb. CAR Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə hadisə zamanı avtobusda 42 nəfər olub. Onlardan 40-ı qadın, 2-si kişi olub. Qəza zamanı 11 nəfər ölüb, 31 nəfər isə yaralanıb. Hadisə sürücünün qəflətən idarəetməni itirməsi nəticəsində baş verib.
Türkiyədə hərbi çevrilişə cəhddən sonra Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq tədbirləri çərçivəsində baş nazir aparatının 18 əməkdaşı saxlanılıb. Həmin şəxslər Ankara prokurorluğu tərəfindən başlanan istintaqın nəticəsi olaraq həbs ediliblər. Aralarında aparatın mütəxəssislərinin olduğu şübhəlilər polis bölməsindəki prosedurların ardından məhkəməyə təhvil veriləcəklər.
Mikheil Saakashvilinin həyat yoldaşı deputat olmaq fikrindədir. Gürcüstanın sabiq Prezidentinin həyat yoldaşı Sandra Roelofs qarşıdakı parlament seçkilərində "Vahid Milli Hərəkat" Partiyasından namizədliyini irəli sürəcək. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.
ABŞ İncirlik Hərbi hava bazasında nüvə silahının olduğunu rəsmi şəkildə açıqlayıb. İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra İncirlik hərbi bazasında olan nüvə silahlarının təhlükəsizliyi məsələsi gündəmə gəlib. ABŞ Hərbi Hava Qüvvələrinin katibi Deborah Lee James bununla bağlı açıqlama verərək İncirlik Hərbi hava bazasındakı nüvə silahlarının təhlükəsizliyinin təmin edildiyini deyib. Bununla...
Gün ərzində Türkiyədə iki terror aktı törədilib. Əvvəlcə səhər saatlarında Elazığ vilayətində polis şöbəsinə terroristlərin hücumu nəticəsində 3 əsgər şəhid olub, 170 nəfər yaralanııb. İkinci terror hadisəsi isə saat 14:00 radələrində Bitlis rayonunun Hizan qəsəbəsinə bağlı Qayda kəndi yaxınlığında yola basdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Həmin ərazidən keçən hərbi maşında...
"Neft şirkəti Rosneftin özəlləşdirilməsi Rusiya hökuməti üçün birinci prioritetdir". Bu sözləri Moskvada jurnalistlərin suallarını cavablandıran Rusiyanın Baş nazirinin müavini İqor Şuvalov deyib. Rosneftin ölkənin ən böyük neft şirkəti olduğunu bildirən Şuvalov, "Rosneftin özəlləşdirilməsi birinci növbədə atılacaq addımdır, sonra Başneft-ə zaman gələcək",- deyə qeyd edib. Qeyd edək ki, Rusiyanın Baş naziri Dmitri Medvedev dünən verdiyi...
Xəbər verdiyimiz kimi Türkiyənin Van vilayətində terroristlər tərəfindən partlayış törədilib. Türkiyə mətbuatının xəbərinə görə, partlayış nəticəsində ölü və yaralı sayı artmaqda davam edir. İlkin məlumatlarda 20 nəfərin yaralandığı deyilsə də, rəsmi açıqlamada 3 dinc sakinin öldüyü və 2-si polis 40 nəfərin yaralandığı bildirilir.  
Türkiyənin Van vilayətində partlayış törədilib. Van vilayətinin mərkəzində yerləşən polis şöbəsinin qarşısında terroristlər tərəfindən minalanmış avtomobilin partladılması nəticəsində 20 nəfər yaralanıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib. Qaçan terrorçuların ələ keçiriliməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.  
Moskvada azərbaycanlı iş adamı Araz Ağalarovun tikdiyi "Myakinino" metro stansiyası bağlanır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə qərarı Moskva Metropoliteni verib. Qərara görə, avqustun 22-dən Arbat-Pokrov xəttinin "Myakinino" stansiyası texnoloji, yanğın və nəqliyyat təhlükəsizlik tədbirlərinə uyğun olmadığı üçün bağlanacaq. Stansiyanı qeyri-müəyyən müddətə bağlayacaqlar. Qatarlar həmin stansiyadan dayanmadan keçəcək və...
Fransada dəhşətli qəza baş verib. Monpelye və Nim şəhərləri arasında hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində 13 nəfər xəsarət alıb. Yerli telekanalların verdiyi ilkin məlumatlara görə, qatarda 200 nəfər sərnişin olub. Onlardan 50 nəfərə tibbi yardım göstərildiyi, 3 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, qəzanın meydana gəlməsinə səbəb...