Bazar ertəsi, 18 Oktyabr, 2021
Türkiyə höküməti Fətullah Gülənin ekstradisiyası ilə əlaqədar ABŞ-dan gözlənilməz təklif alıb. ABŞ höküməti rəsmi Ankaraya məsələ ilə bağlı məktub göndərib. Məktubda qeyd olunub ki, 15 iyul tarixində baş vermiş hərbi çevrilişə cəhd və bu prosesdə Gülənin iştirakını daha yaxından öyrənmək üçün ya ABŞ nümayəndə heyəti Ankaraya gəlsin, ya da Türkiyə...
Fransada barda baş verən yanğın zamanı ən azı 13 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Hadisə Fransanın Ruan şəhərində meydana gəlib. İlkin əldə edilən məlumatlara görə barda doğum günü partisi keçirilən zaman şamlarla ehtiyatsız davranılması nəticəsində ətraf alışmağa başlayıb. Ruan polisinin məlumatına görə, ölən və xəsarət alanlar 18-25 yaşlı gənclərdir. Hadisə ilə bağlı araşdırma...
İranda hakimiyyət orqanları heç bir səbəb açıqlanmadan dünyada sürətlə yayılan Pokemon Go aplikasiyasını qadağan edib. Bu haqda qərarı internet fəaliyyətlərinə nəzarət edən Virtual Fəzalar Ali Şurası qəbul edib. Aplikasiyadan təhlükəsizliklə əlaqədar narahatlıq ifadə etmiş bir neçə başqa ölkələr olsa da, İran Pokemon Go oyununa konkret olaraq rəsmi qadağa qoyan ilk ölkə olub. Pokemon Go oyununun qaydalarına...
İnternet saytı vasitəsilə Rusiya baş nazirinin istefasına çağırış 150 mindən artıq adamın dəstəyini qazanıb. Petisiya change.org saytında yerləşdirilib. Bu həftənin əvvəlində Dmitri Medvedev maaşlarından narazı olan müəllimlərə yeni iş axtarmaq məsləhətini verib. Bu bəyanat tənqidlərə səbəb olub. "Pul qazanmaq istəyirsinizsə, bunu etmək üçün bir sıra gözəl yerlər var. Elə həmin biznesi...
ABŞ-da yaşayan din xadimi Fethullah Gülen Türkiyənin onun həbsinə qərar verməsindən sonra ölkədəki məhkəmə sistemini tənqid edib. “Yaxşı məlumdur ki, Türkiyədə məhkəmə sisteminin hüquqi müstəqilliyi yoxdur, ona görə də bu qərar prezidentin avtoritarizmə doğru və demokratiyadan uzaqlaşan daha bir addımıdır,” cənab Gülen bildirib. Türkiyə mətbuatı xəbər verir ki, İstanbul məhkəməsi...
Avstriya xarici işlər naziri Sebastian Kurz:  "Ankara ifadələrini düzgün seçsin" Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Avstriyanı "radikal irqçiliyin paytaxtıdır" ittihamına Avstriya xarici işlər nazirindən cavab gecikmədi. "Mən Türkiyənin Avstriyaya qarşı yönəltdiyi bu ittihamı qətiyyən rədd edirəm. Bundan sonra da rəsmi Ankaranı işlətdiyi ifadələri, daxildə atdığı addımları yumuşaltmağa və üzərinə düşən...
Türkiyədə 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdin ardından kütləvi həbslər davam edir. Çevrilişə cəhddə günahlandırılanlardan biri olan sabiq İstanbul valisi Hüseyn Avni Mutlu həbs olunub. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Hüseyn Avni Mutlunun evində axtarış aparıldıqdan sonra keçmiş vali polis nəzarətinə götürülüb. Ardınca məhkəməyə çıxarılan Mutlu digər 9 nəfər ilə...
ABŞ prezidentliyinə namizədlər partiyalarından rəsmi nominasiya əldə etsələr də, onların Seçki Kollegiyasının dəstəyinə ehtiyacı var. Həm sabiq dövlət katibi Hillary Clinton, həm də respublikaçı namizəd Donald Trump 538 seçicinin 270 səsini qazanmaq uğrunda mübarizə aparır. Son ictimai rəy sorğularına görə, Hillary Clinton 4 əsas ştatda Trump-a üstün gəlir. Klinton Miçiqan ştatında...
Bu nəhəng qurğu gələcəkdən gəlmiş kimi görünə bilər, lakin bu həftə Çinin çoxdan gözlənilən “ayaqlı avtobusu” Hebei əyalətində sınaq üçün istifadəyə verilib. Transit Elevated Bus (TEB) adlanan avtobus avtomobillərin üzərindən keçib gedir və onların avtobusun alıtından hərəkət etməsinə imkan verir. Elektriklə işlyən avtobus 300 sərnişini daşıya bilər. Onun uzunluğu 21 metr,...
İstanbulda məhkəmə Türkiyədə baş vermiş çevriliş cəhdinə görə ABŞ-da yaşayan din xadimi Fethullah Gülenin həbsinə qərar verib, media xəbər verir. Qərarda cənab Gülen “15 iyul çevrilişə cəhdi təşkil etməkdə” ittiham edilir, dövlətə məxsus Anadolu xəbər agentliyi məlumat verir. Türkiyə dəfələrlə ABŞ-dan cənab Gülenin ekstradisiya olunmasını istəyib. Fethullah Gülen bütün ittihamları rədd edir. Türkiyə...