Şənbə, 27 Noyabr, 2021
Özbəkistan prezidenti İslam Kərimov şənbə günü Səmərqənddə dəfn edildi. Dəfn mərasimində 17 ölkədən olan nümayəndə heyəti də iştak edirdi. Rəsmi olaraq avqustun 27-də insult keçirmiş 78 yaşlı Kərimovun ölümü haqqında Özbəkistan hökuməti sentyabrın 2-si axşam məlumat versə də, “Fergana” informasiya agentliyi prezidentin 29 sentyabrda öldüyünü qeyd edirdi. Yeni seçkilərə...
Rusiya və Səudiyyə Ərəbistanı istehsalın məhdudlaşdırılması daxil olmaqla, neft bazarının stabilləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıb. Bu bəyanatla birlikdə güclənən iki böyük istehsalçı neft bazarında sabitliyin qorunmasını planlaşdırır. Razılaşmanın əldə edildiyi sənəd G20 sammiti çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid bin Abdel Əziz...
Rusiya prezidenti Vladimir Putin "Gazprom"un dünya bazarında haqqı olan dəyəri görmədiyini ifadə edərək, hər şeyə rəğmən şirkəti satmağı planlaşdırmadıqlarını açıqlayıb. Putin jurnalistlərə müsahibəsi zamanı "Gazprom" ilə bağlı fikirlərini bölüşüb: "Hazırda "Gazprom"u satmaq barədə düşünmürük. Bu vəziyyət ölkə iqtisadiyyatının, sosial sahənin və enerji sektorunun xüsusiyyətləri ilə bağlıdır". "Gazprom"un funksiyalarından birinin ölkəni payız-qış mövsümünə maksimum...
Kreml Moskvada Türkiyə, Suriya və Rusiya prezidentlərinin görüşünün keçiriləcəyi barədə məlumatları təkzib edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tərəflərin üçlü görüş reallaşdıracağı şəklindəki bu iddiaları "yalan xəbər" olaraq xarakterizə edib. Qeyd edək ki, Livanda yayımlanan El Safir qəzetində dövlət başçılarının sentyabr ayının ortalarında bir araya gələcəyi haqda xəbər verilmişdi.
Diyarbakırda məhkəmə, 8 millət vəkilinin məhkəməyə zorla gətirilməsinə dair əmr verib. Millət vəkilləri arasında Osman Baydemir, Ahmet Yıldırım Besime Konca, Çağlar Demirel, Dirayet Taşçı, Alican Ünlü və Nadir Yıldırım var. Mühakimə olunan, ancaq toxunulmazlıqları olduğu üçün ifadələri alınmayan millət vəkillərinin toxunulmazlığı barədə qərar ləğv olunub. Səkkiz HDP-li millət vəkilinin mühakiməsi Diyarbakır 2-ci...
G20 Liderlər Sammiti çərçivəsində Çində ABŞ prezidenti Barack Obama ilə görüşən Türkiyə prezidenti Erdoğanın YPG mövzusunda dəstək istəmək üçün ilk dəfə ingiliscə danışdığı bildirilir. Dünən Türkiyə prezidenti Recep Tayyip Erdoğan və ABŞ prezidenti Barack Obama 15 iyulda baş vermiş çevrilişə cəhdin ardından ilk dəfə G20 sammitinə ev sahibliyi edən Çində bir araya gəlmişdi. Türkiyə mətbuatı Erdoğanın...
Suriya Dövlət Televiziyası ordu nəzarətində olan üç şəhərdə dörd ayrı partlayışın törədildiyi məlumatını yayıb. Suriyadan ilk partlayış xəbəri rus donanmasının yerləşdiyi Tartus şəhərindən gəlib. Şəhərin girişindəki Arzuna körpüsü ətrafında ardıcıl iki partlayış meydana gəlib. Hərbi qaynaqlar hadisə nəticəsində ən azı 11 nəfərin öldüyünü, 45 nəfərin isə yaralandığını açıqlayıb. Tartus şəhəri ilə yanaşı paytaxt Şam və...
Almaniyanın Mecklenburg Vorpommern əyalətində dünən baş tutan parlament seçkilərində qaliblərdən biri də Almaniya üçün Alternativ pariyası oldu. Rəsmi olmayan nəticələrə görə, irqçi və ifrat sağ yönümlü partiya olaraq tanınan AA ilk dəfə iştrak etdiyi seçkilərdə 20,8% səs toplayıb. 16 əyalətdən doqquzunda təmsil edilən AA-nın 2017-ci ilin payızında Federal Parlamentdə yer...
Obama və Putin G20 sammiti üçün getdikləri Çində 1 saat 40 dəqiqə davam edən görüş keçiriblər. Rusiya rəsmisi Dmitriy Peskov Putin və Obamanın görüşü ilə əlaqədar olaraq, "Görüş planlanandan uzun çəkdi. Əvvəlcə Suriya və Ukraynadakı vəziyyət danışıldı. Ardınca isə prezidentlər təkbətək görüşdü", - deyə bildirib. Peskov liderlərin görüşünün "yaxşı keçdiyini" ifadə edərək, iki ölkə...
Çində təşkil edilən "G20 Liderlər Sammiti" dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarına sahib 20 ölkəsi ilə bərabər qonaq ölkələrin dövlət və hökumət başçılarını bir araya gətirib. "G20 Liderlər Sammiti" işə başladıqdan sonra ölkə başçılarının yer aldığı ümumi şəkil çəkilib. Şəkil çəkildiyi zaman maraqlı görüntülər yaranıb. Rusiya və Türkiyə arasındakı əlaqələrin düzəlməyə başlamasının ardından dünən G20 sammiti...