Şənbə, 15 May, 2021
Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri ilk dəfə gücləri şərti düşmənin arxasına keçirmək üzrə təlimlərə başlayıb. CHD-nin mətbuat xidmətinin məlumatına görə, təlimlərə "Mi-24P" hücum vertolyotu və "Mi-8Mt" ordu aviasiyasının hərbi-nəqliyyat vertolyotu, eləcə də Rusiyanın Cənubi Qafqazdakı hərbi birləşməsinin pilotsuz uçan aparatları cəlb edilib. Hazırlıq zamanı xüsusi...
İranın yüksək vəzifəli rəsmisi ali rəhbər ayətüllah Əli Xameneyinin ağır xəstə olduğu barədə yayılan xəbərləri təkzib edib. Ayətüllahın işlər müvəkkili Mehdi Fəzaeli deyib ki, 81 yaşlı ali rəhbər öz vəzifələrinin icrasındadır: "Allahın mərhəməti və imanlıların duaları ilə cənabın səhhəti yaxşıdır və o plana uyğun olaraq öz gündəlik işləri ilə məşğuldur”. Fəzaelinin yazdığı bu tvitdən əvvəl...
İranda yeni dərs ilinin ilk həftəsində Ərdəbil küçələri milli şüarlarla bəzədilib. Bu barədə GAMAC saytı məlumat yayıb. Gənc fəallar şəhərin müxtəlif küçə və xiyabanlarında divarların üzərinə ana dilində təhsil və həbsdə olan azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb edən şüarlar yazıblar. Mənbə bildirir ki, şəhərin müxtəlif yerlərində “türk dilində mədrəsə”, “Siyamək Mirzayi...
İngiltərədə ortaya çıxan və daha yoluxucu olduğu bildirilən koronavirusun mutasiya etmiş yeni növü Gürcüstanda da aşkar edilib. Daha yoluxucu olduğu deyilən Covid-19-un yeni növü yayılmağa davam edir. Gürcüstan Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzi tərəfindən verilən açıqlamada kimliyi açıqlanmayan orta yaşlı bir şəxsdə mutasiya etmiş yeni növ koronavirusun aşkar olunduğu...
Pakistanda məhkəmə binasının qarşısında partlayış törədilib. Pakistanın şimal-qərbində yerləşən Hayber-Pahtunhva bölgəsində yerli məhkəməyə terrorçu kamikadze tərəfindən hücum təşkil edilib. O, əvvəlcə məhkəmə binası önündə kütləyə qumbara atıb, ardınca isə üzərindəki partlayıcı qurğunu işə salıb. Hücumda aralarında vəkil, polis və vətəndaşların də olduğu ən az 12 nəfər ölüb, 52 nəfər yaralanıb.
Almaniya hökuməti Berlində terror aktı törətməkdə şübhəli bilinən şəxsin yeri barədə məlumata görə 100 min avro mükafat təyin edib. APA-nın xəbərinə görə, bu barədə “Bild” qəzeti məlumat verib. “Tunis vətəndaşı Anis Amri rəsmi olaraq axtarışa verilib. Onun yeri barədə məlumata görə 100 min avro mükafat təyin edilib”, qəzet yazıb. Dekabrın 19-da Berlində...
Ermənistanın keçmiş müdafiə naziri və baş qərargahın rəisi Seyran Ohanyana qarşı 2008-ci il martın 1-də Yerevandakı hadisələrlə bağlı açılmış iş çərçivəsində ittiham irəli sürülüb. Ermənistanın Xüsusi İstintaq Xidməti bu xəbəri təkzib etməyib. "Aykakan jamanak" qəzeti isə Ohanyanın özü ilə əlaqə saxlayıb. Keçmiş müdafiə naziri suala cavab vermək istəməyərək jurnalistə hüquq-mühafizə orqanlarına...
Rusiyanın Rosaviasiya idarəsi ölkənin aviasiya şirkətlərinə Türkiyəyə çarter reyslərinin dayandırılması mümkünlüyü barədə xəbərdarlıq məktubu göndərib. Çarter reyslərinin ləğvi milyonlarla turisti istirahət imkanından məhrum edə bilər. Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina bildirib ki, hazırda Türkiyə Rusiyayaturist paketləri satmış ölkələr arasında liderdir. O həmçinin bildirib ki, bu il Türkiyə otellərində yay...
Ermənistan müxalifətinin lideri Nikol Paşinian Rusiya Dövlət Duması nümayəndə heyəti ilə görüşüb və onları əmin edib ki, Ermənistan müxalifəti heç də Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirmək niyyətində deyil. "Rusiyaya qarşı geosiyasi qəsd yoxdur, geosiyasi geriyə dönüş olmayacaq və Ermənistan-Rusiya münasibətlərini təhlükə altına qoyan heç bir şey yoxdur", - o...
İlkin nəticələrə görə Serbiyanın baş naziri Aleksandr Vuçiç prezident seçkilərində qələbə qazanıb. Cənab Vuçiçin bazar günü keçirilən seçkilərdə yığılan bülletenlərin indiyədək sayılan əksər hissəsinin 55 faizini qazandığı bildirilir. Yekun nəticələrdə bu rəqəm onun birbaşa, seçkinin ikinci mərhələsi keçirilmədən prezident olmasına kifayətdir. Ona ən yaxın olan rəqibi, Sasa Jankoviç səslərin 15 faizini...