Şənbə, 15 May, 2021
Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyə ilə bağlı maraqlı açıqlamalar verib. Yunker bildirib ki, təşkilata qoşulmaq istəyən Türkiyədə ölüm hökmü bərpa edilsə, Avropa İttifaqı illərdir davam edən müzakirələri donduracaq. Xatırladaq ki, 15 iyul hadisələrindən sonra ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binali Yıldırım ölüm hökmünün bərpasının mümkün olduğunu dəfələrlə...
Almaniyada Bavariya əyalətinin Ansbax şəhərində törədilən partlayış nəticəsində xəsarət alanların sayı hər keçən saat artmaqdadır. Gecə saatlarında şəhərdə yerləşən restoranların birinin önündə partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisə yerinə gələn Bavariya əyalətinin Daxili İşlər Naziri Yoahim Herrmann ilk əldə edilən məlumatlara görə hadisəni 27 yaşlı...
G20 ölkələrinin maliyyə qurumlarının və mərkəzi banklarının rəhbərlərinin görüşündən sonra Rusiya maliyyə nazirinin müavini Sergey Storçak jurnalistlərə açıqlama verib. S.Storçak bildirib ki, növbəti G20 sammitinə qədər vergi informasiyalarının mübadiləsində iştirak etməyən ölkələrin “qara siyahısı” hazırlanacaq. S.Storçak deyib ki, növbəti G20 sammiti 2017-ci ilin iyulunda keçiriləcək və “qara siyahı” həmin müddətə kimi hazır olmalıdır. Rusiyalı...
 2014-cü ildə Kuala Lumpur - Pekin səfərini həyata keçirən zaman itən Malayziya Hava Yollarına aid MH370 uçuş nömrəli sərnişin təyyarəsinin axtarışı dayandırılır. Təyyarədə 239 sərnişin və heyət üzvü olub. Təyyarə 2014-cüvilin mart ayında itmişdi. Malayziya hökumət nümayəndələri bildiriblər ki, axtarışlar dayandırılacaq. Avstraliya və Çin hökumətləri də 120 min kv.km ərazidə aparılan...
İraqın paytaxtı Bağdadda terrorçular növbəti dəfə partlayış törədib. Hadisə Bağdad şəhərinin şimalında yerləşən və şiələrin çoxluq təşkil etdiyi Əl-Kadimeyn rayonunda baş verib. Kamikadzenin insanların sıx olduğu yerdə bombanı partlatması nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb. İraq rəsmilərinin açıqlamalarına görə ölü sayısı irəliləyən saatlarda arta bilər.
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən Donald Tramp terror təhlükəsi ilə bağlı olaraq Fransadan ABŞ-a səfərə gələnlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib. Tramp bu addımın ABŞ-a çox sayda insanın səfər etməsinin qarşısını alacağını bildiyini də deyib. Donald Tramp sonda qeyd edib ki, ümumilikdə terror hadisələrinin tez-tez baş verdiyi ölkələrin vətəndaşlarına münasibətdə yoxlamalar sərtləşdirilməlidir.
Türkiyədə 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdin ardından gözlənilməz qərarla prezident qvardiyası ləğv edilib. Mətbuata bu barədə açıqlama verən ölkənin baş naziri Binali Yıldırım artıq bu əsgərlərə ehtiyacın olmadığını bildirib. Xatırladaq ki, prezident sarayının mühafizəsi ilə məşğul olan 283 əsgər hərbi çevrilişə cəhd edənlər sırasında olublar.
15 iyul tarixində Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd ərəfəsində ölkə başçısının qaldığı otelə silahlı hücumu təşkil edən əsgərlərin axtarışı davam edir. Helikopterlərlə otelə davamlı olaraq bomba yağdıran və çevrilişin baş tutmadığını öyrəndikdən sonra ətraf ərazilərə qaçan 19 əsgərin gedə biləcəyi yerlər mühasirəyə alınıb. Yunanıstanın Simi adası da 400 əsgərin...
https://www.youtube.com/watch?v=iR8ccBwczYc
İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilərək həbs edilən yüksək rütbəli zabit İsmayıl Çakmak intihar edib. Onun saxlanıldığı Silivri cəzaçəkmə müəssisəsində özünü yataq üzlüyündən asdığı bildirilir.