Cümə, 3 İyul, 2020
Laosun paytaxtı Vyentyanda  Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş olub. İkili arasındakı görüş Asiya-Sakit Okean Əməkdaşlıq Birliyinin sammiti çərçivəsində baş tutub. Gözlənildiyi kimi, danışıqlarda Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediləcək, həmçinin regional və ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparılacaq.
“Nyu York Times” qəzətində çıxan məqaləsində Fətullah Gülən Amerikaya çağırış edib. O, Türkiyəyə göndəriləcəyi halda ədalətli mühakimə edilə bilməyəcəyini vurğulayıb. “Amerika prezident Ərdoğana istədiyini verməmək üçün dirənməlidir. Məni Türkiyəyə təslim etməyin, mən və dostlarım qərbin xidmətindəyik”- deyə qeyd edib.
Yerevanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası sona çatıb. “Təsis Parlamenti” təşkilatının  nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verir. “Biz unutmuruq ki, bu hərəkat mühüm dəyişikliklər naminə başlayıb. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”, deyə Alek Yeniqomşyan bildirib. İyulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis...
Türkiyədə barəsində həbs qərarı verilmiş məşhur jurnalist Nazlı Ilıcak tutulub. Jurnalist Bodrumda bir avtomobildə yaxalanıb. “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) media qoluna qarşı əməliyyat başlayıb. İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan aparılan istintaq çərçivəsində 42 media mənsubunun yaxalanması haqqında təlimat verib. Onların arasında N. Ilıcak da var.
Ancaq respublikaçı seçicilərin 45 faizi hələ fə Trump-ın deyil, başqa bir şəxsin partiyadan vahid namizəd olmağını istəyir Donald Trump namizədi olduğu Respublikaçılar Partiyasının milli qurultayından sonra prezidentlik uğrunda mübarizədə Hillary Clinton-u ötüb. CNN-in ölkəboyu keçirdiyi sorğu nəticəsinə görə, onun reytinqi 44 faizdir. Bu isə Clinton-un 39 faizlik reytinqindən, təbii ki, çoxdur. Son dəfə...
Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə hökumətinin bu ölkədə fəaliyyət göstərən və Fətullah Gülənə bağlı olduğu bildirilən özəl təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı müraciətinə rədd cavabı verib. Bu haqda məlumat iyulun 25-də Qırğızıstan XİN-nin rəsmi saytında dərc olunub. Bəyanatda deyilir: "Biz, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Qırğızıstanda faəliyyət göstərən müvafiq...
İstanbulda 10 minlərlə adam demokratiyaya dəstək nümayişinə çıxıb. “Respublika və demokratiya” devizi altında keçirilən nümayişdə hakim və müxalifət partiyalarının tərəfdarları ştirak ediblər. AzadlıqRadiosunun məlumatına görə, müxalifətdə olan “Respublika Xalq Partiyası” nın lideri Kemal Kılıçdaroğlunun çıxışının dövlət televiziyası ilə canlı yayımlanması Türkiyə üçün nadir haldır. O, çıxışında hakimiyyəti kütləvi represiyalardan çəkinməyə çağırıb və...
Türkiyənin Mardin şəhərində baş verən partlayış nəticəsində 3 polis əməkdaşı şəhid olub. Hadisə Mardinin Qızıltəpə və Şanlıurfanın Viranşəhər qəsəbələri arasındakı Beynəlxalq İpək yolunda meydana gəlib. İlk əldə edilən məlumatlara görə terrorçular yola quraşdırdıqları partlayıcı qurğunu zirehli polis maşını keçərkən işə salıblar. Mardin və ətraf bölgələrdən olay yerinə əlavə qüvvələr gətirilib. Terroristlərin axtarışı üçün əməliyyat...
“Türkiyə mövcud halı ilə yaxın bir zamanda Avropa İttifaqına üzv olacaq vəziyyətdə deyil. Hətta uzun müddət üçün bu, belə olacaq”. Bu sözləri Avropa Komissiyasının prezidenti Jan Klod Yunker “France 2” televiziyasına müsahibəsində deyib. O bildirib ki, ölüm cəzasının bərpa ediləcəyi təqdirdə, Türkiyənin quruma üzvlük prosesi dərhal dayandırılacaq. Daha əvvəl Avropa İttifaqının xarici...
ABŞ-ın Florida ştatındakı gecə klubunda naməlum şəxsin atəş açması nəticəsində iki nəfər ölüb, 17 nəfər isə yaralanıb. Polis tərəfindən axtarışı davam edən cinayətkar kluba daxil olaraq insanlara atəş açıb. Hadisə şahidlərinin sözlərinə görə gecə klubundan təxminən 30 dəfə atəş səsi eşidilib.