Şənbə, 15 May, 2021
Pxenyan ikinci qitələrarası "Hvason-14" ballistik raketi sınağının uğurla həyata keçirildiyini bəyan edib. Abzas.net xəbər verir ki, bu barədə KCNA məlumat yayıb. Ölkə lideri Kim Chen In bildirib ki, KXDR-ın ballistik raketləri ABŞ ərazisinin istənilən nöqtəsinə çatmaq iqtidarındadır. "Biz açıq çəkildə göstərdik ki, bizim ballistik raketlərimiz bütün ABŞ ərazisinə çata bilər" - agentlik...
ABŞ-da prezident seçkilərinə bir neçə ay qalmış Respublikaçılar partiyasında maraqlı hadisələr cərəyan edir. Belə ki, Respublikaçılar partiyasının milli təhlükəsizlik sahəsində ən təcrübəli 50 şəxs New York Times qəzetində yayımlanan məktubda seçkilərdə partiyanın namizədi Donald Trumpa səs verməyəcəklərini bildiriblər. "Trump düzü səhvdən ayıra biləcək iradəyə  və yetkinliyə sahib deyil" deyilən məktuba imza...
Parisdə Birinci Dünya Müharibəsində hərbi əməliyyatların başa çatmasından 100 il sonra 11-ci ayın 11-ci günündə saat 11-də Qərb cəbhəsinə ordu göndərən ölkələr də daxil olmaqla, dünyanın 70-dən çox ölkəsinin lideri Zəfər Tağı qarşısında mərasimə qatılaraq, müharibədə həyatını itirmiş milyonlarla insanın xatirəsini anıb. Fransa prezidenti Emmanuel Makron Zəfər Tağı qarşısındakı Naməlum...
Rusiyanın baş naziri Dmitri Medvedev Azər Talıbovu Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini vəzifəsinə təyin edib. Bu barədə Rusiya Nazirlər Kabinetində dərc olunmuş sərəncamda qeyd olunur. “Talıbov Azər Mütəllim oğlu Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin olunsun”, – deyə sənəddə bildirilir. RF İqtisadi İnkişaf Nazirliyinin saytında yayılan məlumata görə, hazırda nazir...
Nigeriyada güclü daşqınlar ağır fəsadlara yol açıb. Trend-in məlumatına görə, ölkənin 4 ştatında baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb. Ölkənin Fövqəladə vəziyyətlər üzrə Agentliyi daşqınlar baş verən ştatlara yaxın ərazilərin də nəzarətdə saxlanıldığını bildirib. Nigeriya hökuməti artıq sentyabrın 18-dən ölkənin 4 ştatında daşqınlar səbəbindən milli fəlakət elan edib....
Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası yeni parlamentin sədri vəzifəsi üçün qurumun icra katibi İrakli Kobaxidzenin namizədliyini irəli sürüb. Kobaxidzenin namizədliyi “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası Siyasi Şurasının noyabrın 6-da keçirilən iclasında irəli sürülüb. İclasda oktyabr ayında keçirilmiş parlament seçkilərinin nəticələri, parlament sədri və sədr müavinləri vəzifələrinə namizədlər və digər məsələlər müzakirə...
"Biabırçılıq" və "burnun ucundan o tərəfi görməmək": Avropa Birliyində Aleksey Navalnının saxlanılmasına necə reaksiya verdilər ? Aleksey Navalnının Almaniyadan Rusiyaya qayıdar-qayıtmaz həbs edilməsi Avropada Birliyində narazıçılıq dalğasına səbəb oldu. Brüsseldə yenidən sanksiyaların ciddiləşməsindən və "Şimal axını-2"dən danışmağa başladılar. Avropa Birliyi rəhbərliyi müxalifətin lideri Aleksey Navalnının həbsinə ildırım surəti ilə reaksiya verdi....
Parisdə polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Artıq bir neçə həftədir ki, Paris və Fransanın digər şəhərlərində dizel yanacağına verginin artırılmasına qarşı kütləvi aksiyalar keçirilir. Triumful arkasının ətrafında polislə aksiyaçılar arasında toqquşma olduğu xəbər verilir. Polis aksiyaçıların Yelisey düzünə girməsinə imkan vermir. 100-dən çox adamın saxlandığı xəbər verilir. Ötən həftə də Parisdə...
“Edam hökmü ən çox Çin, İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistanda icra olunur”. Bu haqda “Amnesty International” beynəlxalq insan haqlarını müdafiə təşkilatının hesabatında bildirilib. Təşkilatın məlumatına görə, ötən il İranda 567, Səudiyyə Ərəbistanında 154, İraqda 88 və Pakistanda 87 nəfər edam olunub. Hesabatda qeyd edilib ki, 2015-ci ilə müqayisədə 2016-cı ildə dünyada edam hökmlərinin icrası 37...
"The Guardian" yazır ki, Amerika 1978-ci ildə Xaricdə Korrupsiya Fəaliyyəti haqqında qanunu qəbul etdikdən sonra daim beynəlxalq korrupsiyaya qarşı mübarizənin önündə olub. Sözü gedən qanunda söhbət müxtəlif şirkətlərin sərfəli kontraktlar üçün xarici hökumətlərə rüşvət verməsinin qarşısının alınmasından gedir. Bu qanunun qəbul edilməsində ABŞ özü üçün böyük fayda görürdü, çünki öz şirkətlərinin...