Cümə axşamı, 21 Oktyabr, 2021
Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Mk.ru saytı xəbər verir ki, Yaponiya nazirlər kabinetinin baş katibi Hirokadzu Matsunonun sözlərinə görə, ölkə hakimiyyəti bu problemi gələcək nəsillərə ötürmək istəmir. Matsuno qeyd edib ki, bu, mübahisəli ərazilər məsələsinin həllinin vacibliyini bir daha təsdiq etmək üçün yaxşı bir fürsətdir. O,...
“Instagram” İranın “Press TV” kanalının bu platformadakı hesabına girişini dayandırıb. İRNA-nın məlumatına görə, sosial şəbəkə tərəfindən hesab oktyabrın 8-də “naməlum” səbəblərdən bağlanıb. “Press TV” kanalının İctimaiyyətlə Əlaqələr Şöbəsi də faktı təsdiqləyib. Qeyd edək ki, buna qədər kanalın “Facebook” və “YouTube” sosial şəbəkələrindəki hesabları da bloklanmışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, nə özü, nə də təsisçilərindən biri olduğu “Kvartal 95” yaradıcılıq studiyasından kimsə çirkli pulların yuyulması ilə məşğul olub.  "Radio Svoboda"-nın məlumatına görə, Ukrayna lideri “Pandora sənədləri”ndə onun offşorlarda gəlirlərinin olması barədə yayılan iddiaları belə şərh edib. Zelenski bildirib ki, belə məlumatlar əvvəl də yayılıb:...
Avropa İttifaqı ölkələrində sığınacaq almaq üçün müraciətlərin sayı xeyli artıb. “Die Welt” bildirir ki, bu barədə birliyin sığınacaq verilməsi üzrə dəstək qurumu məlumat yayıb. Məlumata əsasən, müvafiq sorğuların ən çox ünvanlandığı ölkə Almaniyadır. İlin ilk 9 ayı ərzində ölkə 100 278 müraciət alıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 35.2%...
Rusiya noyabrın 1-dən NATO-nun Brüsseldə yerləşən daimi nümayəndəliyinin işini dayandıracaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Missiyaların bağlanmasından sonra Rusiya ilə NATO arasında təmaslar Rusiyanın Belçikadakı səfiri vasitəsi ilə davam etdiriləcək. Nazir bildirib ki, Rusiya Federasiyası alyansın Moskvadakı informasiya bürosunu da bağlayacaq. Oktyabrın əvvəlində NATO alyansdakı Rusiya nümayəndəliyinin yarısını azaltmaq qərarına...
Fransanın Belarusdakı səfiri Nikolas De Lakoste Minsk rəhbərliyinin tələbi ilə Belarusdan çıxarılıb. De Lakoste keçən il səfir təyin edilib və etimadnaməsini Belarus xarici işlər nazirinə təqdim edib. Lakin o, Belarus Prezidenti Aleksandr Lukaşenkoya məktubun surətini təqdim etməyib. Bunun ardınca Parislə Minsk arasında diplomatik böhran yaşanıb. Belarus De Lakostenin ölkəni tərk etməsini istəyib. Lakoste...
Facebook yeni yaradacağı kollektiv virtual paylaşım məkanı adlandırılan “metaverse” çərçivəsində növbəti 5 il ərzində Avropa Birliyi ölkələrində 10 min insanı işlə təmin edəcəyini açıqlayıb. Facebook sosial media hesabından verdiyi açıqlamada Avropa Birliyində işə götürüləcək ixtisaslı işçilərin "metaverse"-in formalaşmasına töhfə verəcəyini bildirilib. Sosial şəbəkə sentyabr ayında verdiyi açıqlamada yeni layihə üçün 50...
İspaniya Baş Naziri Pedro Sançez qadınları “kölələşdirdiyini” söyləyərək ölkədə seks işçiliyinə son veriləcəyini deyib. Sosialist Partiyanın üç günlük konqresindən sonra dəstəkçilərinə müraciət edən Sançez konqresin öhtəlik götürdüyünü bildirib. “Qadınları kölələşdirən seks işçiliyini ortadan qaldıraraq davam edəcəyik”, deyə o əlavə edib. İspaniyada 1995-ci ildən bəri seks işçiliyi cəzadan azad edilib. Birləşmiş Millət Təşkilatının...
Rusiya əhalisinin sayı son 1 ildə sülh dövrü üçün rekord həddə azalıb.  Ölkənin demoqrafik vəziyyətini şərh edən ekspert Aleksey Rakşay rəsmi məlumatlara istinad edərək deyib ki, 2020-2021-ci illərdə ölkə əhalisinin sayı 997 min nəfər azalıb. Rəsmi doğum və ölüm rəqəmlərinə istinadən verilən məlumatlara ölkədən köç edənlərin sayı daxil deyil. Koronavirus (Covid-19) epidemiyasından...
Pola hökuməti miqrantların Belarusdan Polşaya axının qarşısını almaq üçün Belarusla sərhədə 350 milyon avroluq (65 milyon 100 manat) divar hörmək fikrinə düşüb.  Hökumətin hazırladığı layihə təsdiq olunmaq üçün parlamentə göndərilib. Hökumıt bu divarla yanaşı, divarlarda quracağı hərəkət detektorları vasitəsi ilə insanların sərhədin 200 metrliyinə yaxınlaşmasının da qarşısını alacaq. Avqustdan etibarən Yaxın...