Bazar ertəsi, 18 Oktyabr, 2021
Azərbaycanda turizm şirkətindən oğurluq edən 3 İran vətəndaşı tutulub. Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birindən 1800 manat pul oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən İran vətəndaşları Mostafa Oadsahah Jalalinejad, Minoo Gholamrasoul Ahmadi və qardaşı Fahmeh Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Faktla bağlı araşdırma aparılır.
Bakı şəhərinin Ramana qəsəbəsi yolunda baş verən avtobus qəzasından sonra Baş Dövlət Yol Polisi İdarəsi marşrut xətlərinin həmin yoldan deyil, qəsəbənin içindən keçməsi ilə bağlı dəyişiklik edib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova qeyd edib ki, bu yenilik daimi deyil və optimallaşdırma işləri bitdikdən sonra qərar veriləcək: “Optimallaşdırma aparılır və Bakı Nəqliyyat Agentliyi...
Azərbaycan beynəlxalq mətbuat azadlığı reytinqlərində sonuncu yerdədir Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi məhz bu gün, 22 iyul 1875-ci ildə mətbuatımızın ilk nəşri olan "Əkinçi" qəzetini nəşr etmişdir. Həsən bəyin çox böyük əziyyətlər bahasına başa gələn "Əkinçi" qəzeti cəmi 56 say işıq özü görsə də, Azərbaycan mətbuatına işıq sala bilib. Böyük...
Arqument.az xəbər saytının baş redaktoru Şəmşad Ağa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. Bu barədə Şəmşad Ağa məlumat verib. Onun sözlərinə görə, BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev zəng edərək onu saat 15:00-da idarəyə çağırıb. Şəmşad Ağa bildirib ki, ona nəyə görə çağırıldığının səbəbi deyilməyib.
Tanınmış jurnalist, "Azadlıq” qәzetinin vә "Azәrbaycan saatı" teleproqramının әmәkdaşı, vicdan mәhbusu Seymur Hәzi mәtbuat günü ilә bağlı hәmkarlarına müraciәt edib: "Azad söz" təkcə fiziki və mənəvi təzyiqlərlә nəticələnməyən söz deyil. O, həm də hər cür fanatizmdən arınmış şüura, dünyəviliyə, elmiliyə və insanın ilkin təbii hüquqlarına arxayın olan düşüncənin məhsuludur. Azərbaycanda mətbuatın...
Azərbaycanda televiziyalarının birində hava proqnozunu söyləyən əcnəbi qadın efirdən uzaqlaşdırılıb. Milli Televiziya və Radio Şurası bunu aparıcının nitqindəki "qüsurlarla" əlaqələndirib. "Space" televiziyasının efirinə çıxarılan əcnəbi aparıcının nitqində müəyyən qüsurlar var. Artıq iyulun 20-dən sözügedən aparıcının başqası ilə əvəz edildiyi müşahidə olunub", MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov aznews.az saytına bildirib. O həm də...
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi,...
Prezident Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb
Qafqaz Universitetinin rektoru vəzifəsinə Elmar Qasımov təyin olunub, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin idarə heyətinin üzvü bu barədə məlumat yayıb. “Qafqaz Universitetində Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi adindan Xalik Məmmədov qərarı elan edir. Bütün fakültələr olduğu kimi qalır və tələbə qəbulu davam etdirilir,” məlumatda deyilir. İdarə heyətinin üzvünün sözlərinə görə, Qafqaz Universitetinin adı...
Azərbaycan Prezidenti İlham Əliyev Mahir Muradova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Cümşüd oğlu Muradova “Əməkdar hüquqşünas” fəxri adı verilsin.