Bazar ertəsi, 20 Sentyabr, 2021
İyulun 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub. Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində tutularkən, o, idarə etdiyi “Nissan”...
Qəza Bakının Nobel prospektində baş verib. Qəza nəticəsində “Mercedes, “Hyundai”, “Toyota” və “Shevrolet” markalı avtomobillərə ciddi zərər dəyib. Hadisə nəticəsində bəzi avtomobillər yararsız hala düşüb, “Shevrolet” markalı avtomobil yolun səki hissəsinə aşıb. Hadisə nəticəsində ölən olmasa da, azı üç nəfər nəfər yaralanıb.  
İyulun 18-də Beyləqan rayonunun Şərq qəsəbəsinə ilk dəfə təbii qaz verilib. 400 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12 min 570 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.  
Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakının Vahid Nəqliyyat Konsepsiyası hazırlanır və yaxın vaxtlarda tamamlanması nəzərdə tutulur. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, konsepsiyada yol hərəkəti, sərnişindaşıma ilə bağlı qanunvericilikdən irəli gələn bütün məsələlər, eyni zamanda qanunvericilikdə ehtiva edilməyən, ancaq müasir tələblərdən doğan məsələlər öz əksini tapıb: “Misal üçün,...
13 abituriyent qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 17-də saat 15:40-dan etibarən açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər...
Vəkillər Kollegiyasından uzaqlaşdırılan Əlayif Həsənovun bu quruma qarşı iddiası üzrə məhkəmə yekunlaşıb. 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin hakimi Elçin Məmmədovun qərarına əsasən, hüquqşünasın iddiası təmin olunmayıb. Bu barədə "Azadlıq" qəzeti məlumat verib. Ə.Həsənov bildirib ki, qərardan apellyasiya şikayəti verəcək. Əgər yerli məhkəmələr bu işə obyektiv baxıb, ədalətli qərar çıxarmasalar, Avropa...
Bu gün Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. APA-nın məlumatına görə,  171 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla "Shacman" markalı yük maşını toqquşub. Nəticədə yük maşını yoldan çıxıb, avtobus isə aşıb. Qəza nəticəsində 21 nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinik xəstəxanasına...
"Ali məktəblərə qəbul imtahanlarının pullu sistemə keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin təklifi Azərbaycan Konstitusiyasına ziddir". Bunu Sivil Toplum Platformasının üzvü, hüquq sahəsi üzrə ekspert Ələsgər Məmmədli Turan-ın müxbirilə söhbətində bildirib. Qəbul imtahanlarına görə ödənişin tətbiq olunması dövlətin Konstitusiya ilə müəyyən edilmiş sosial funksiyalarına ziddir.  İmtahanların verilməsi üçün...
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək". Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 15-də keçirdiyi mətbuat konfransında deyib. "Report"un məlumatına görə M.Abbaszadə qeyd edib ki, imtahanların pullu olması iştirakçıların sayının azalmasına heç bir təsir göstərməyəcək: "Çünki bu məsələlərlə bağlı çox...
Alimlər insan DNK-nın dəyişməyin yolunu tapıblar. Bu kəşf bizi bir çox xəstəlikdən xilas edə bilər. Lakin bu 2016-cı ilin ilk yarısında baş vermiş kəşflərdən yalnız biridir. Bu il ərzində insan sağlamlığı baxımından ən vacib 5 ixtiranı sizlərə təqdim edirik. 1. ABŞ alimləri insan orqanlarını donuzun içində böyütməyə çalışırlar. Belə görünür...