Şənbə, 31 Oktyabr, 2020
"APA-Holdinq"in və "Yeni Müsavat"ın keçmiş əməkdaşı Fərahim İlqaroğlu Almaniyaya mühacirət edib. Bu barədə Abzas.net-ə jurnalistin özü açıqlama verib.  Fərahim İlqaroğlu bildirib ki, başına gələn son hadisələrdən sonra ölkədən getmək qərarına gəlib: "Xüsusən də işlə bağlı müraciət etdiyim yerlərdə bildirdilər ki, yüksək səviyyədə tapşırıq var, səni heç yerdə işə götürməyəcəklər". Jurnalist deyir...
Azərbaycanda məktəbəqədər təhsilin dövlət standartı layihəsi hazırlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, layihə hazırlanarkən “Təhsil haqqında” Qanun, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsas götürülüb. Standartlara əsasən, məktəbəqədər təhsil üzrə müvafiq kurrikulumlar dövlət standartları əsasında hazırlanır və həyata keçirilir. Məktəbəqədər təhsilin dövlət standartları 5 il qüvvədədir. Standartlar məktəbəqədər təhsilin məzmununu,...
Bakı Ağır Cinayətlər Məhkəməsindəsində Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin anası Böyükxanım Əkbərovaya məxsus evdən oğurlanan qızıllarla bağlı ittiham olunan Sədaqət Məmmədovanın məhkəməsi davam edib. S. Məmmədova həmin evdə qulluqçu işləyib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda şahid qismində general Q.Əliyevin kürəkəni Ramin Qədirov ifadə verib. O, ifadəsində “Gilan Holdinq”də...
Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 23 il ötür. Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub. Zəngilan 1930-cu ildə yaradılıb. Rayon cənubdan və şərqdən İranla, qərbdən isə Ermənistanla həmsərhəddir. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə...
Yerli (rayon, şəhər) icra hakimiyyəti başçılarının iki səlahiyyəti ləğv edilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb. Fərmana əsasən, yerli icra hakimiyyəti başçılarının mədəni-maarif idarələrinin...
Bu gün Bakı Apellyasiya Məhkəməsində Fikrət Fəraməzoğlunun barəsində həbs qətimkan tədbirinin uzadılması barədə Nərimanov rayon məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qərarından şikayətə baxılıb. Bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə məlumat paylaşıb. Vəkil bildirib ki, şikayətin təmin edilməyib. E.Sadıqovun sözlərinə görə, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə Fikrət Fəraməzoğlunun barəsində...
Azərbaycan Beynəlxalq Bankının həbsdəki sabiq sədri Cahangir Hacıyev ona bəraət verilməsini istəyir. C. Hacıyevin vəkillərindən Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə, bankirin vəkilləri çıxarılan hökmdən apellyasiya şikayəti verib. Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü əsassız hesab etdiklərini, şikayətlərində həmin hökmün ləğv edilməsin, bankirə bəraət verilməsini tələb etdiklərini söyləyib. Xatırladaq ki, Cahangir Hacıyev ötən...
"Bizim 4 gün öncə aksiyamızın məqsədi aidiyyəti qurumların diqqətini yolun tənzimlənməsinə cəlb etmək idi". Bu sözləri Gəncə sakini, II qrup Qarabağ müharibəsi əlili Mahmud Abbasov deyib. O, bu həftənin əvvəli aksiya keçirmələrinin səbəblərindən söz açıb. M.Abbasovun verdiyi məlumata görə, Gəncədəki 28 May küçəsində biri 9, digər ikisi 4 mərtəbə olmaqla Qarabağ müharibəsi əlillərinə...
Azərbaycanda dini ekstremizm əleyhinə əməliyyatların aparılması zamanı əməliyyat aparan şəxslərə bir sıra səlahiyyətlərin verilməsi ilə bağlı sənədlər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və...
"Sanksiyalar müvafiq olaraq 3 000 manatdan 10 000 manata qədər cərimə, yaxud ömürlük azadlıqdan məhrumetməyə qədər cəzalardan ibarətdir". Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərin müzakirəsi növbəti dəfə təxirə salınıb. MM-in sədri Oqtay Əsədov bildirib ki, müvafiq komitə sədrləri bu məsələnin...