Bazar ertəsi, 21 İyun, 2021
Azərbaycanda bir çox hallarda elm müəssisələrində elmi-tədqiqat xidmətləri haqqının ödənilməsi üzrə vəsait az proqnozlaşdırılır. “Report”un verdiyi xəbərə görə, bunu Hesablama Palatasının üzvü, auditor Firsənd Qurbanov Palata tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan elm müəssisələrində aparılmış audit tədbirlərinin nəticələrinə əsaslanaraq məlumat verib. Onun sözlərinə görə, həmin vəsaitlər “Sair xərclər” paraqrafında nəzərdə tutulur ki, bu...
2017-ci ilin altı ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 6 uşaq (4 qız, 2 oğlan) övladlığa götürülüb. Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib. O bildirib ki, uşaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib. Uşaqlardan...
 Bu ay Cəlilabad rayonunda yetişdirilən və Qazaxıstana ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu tərkibində karantin tətbiq edilən zərərli orqanizm - qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi səbəbi ilə bu ölkədən geri qaytarılıb. “Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) açıqlamasında...
Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şura təhsilin bütün pillələrini əhatə edəcək. “Təhsil və Məşğulluq” üzrə Daimi Şuranın rəhbəri Famil Mustafayev APA-ya bildirib ki, burada məqsəd təhsilin məşğulluqla əlaqələrinin daimi nəzarətdə olması, bu prosesdə gələcək əmək bazarına istiqamətlənən təhsilin qurulmasıdır. Bunun çox vacib məsələ olduğunu deyən şura rəhbərinin sözlərinə görə,...
Ağstafada qadınlar arasında dava olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün Ağstafa şəhərində baş verib. Rayon sakini, 1979-cu il təvəllüdlü Məmmədova Kəmalə Nadir qızı iki rəfiqəsi tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər K.Məmmədovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Rəfiqələr arasında baş verən davanın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Sabahdan, iyulun 1-dən “Yol hərəkəti haqqında” haqqında qanununa edilən dəyişikliklər qüvvəyə minəcək. "Report"un xəbərinə görə, qanunun 53-cü maddəsi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl...
Sabahdan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayır. “Report”un məlumatına görə, ərizələrin qəbulu iyulun 14-nə kimi davam edəcək. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Bu il müsabiqəyə 8000-dən çox...
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə edilib. "Report"un xəbərinə görə, parlamentdə hazırlanan yeni qanun layihəsi 13 maddədən ibarətdir. Qanun layihəsi Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə...
Milli Məclisin bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. "APA-Economics" xəbər verir ki, layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, 4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun...
Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər nəticəsində uzun müddət Azərbaycanda qanunsuz yaşayan Türkiyə vətəndaşı Hasan Tekbıçak saxlanılıb. DMX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Hasan Tekbıçakın “İnterpol” tərəfindən axtarışda olduğu və cinayət məsuliyyətindən yayınmaq məqsədilə Azərbaycanda məskunlaşdığı məlum olub. Hasan Tekbıçak aidiyyəti üzrə daxili işlər orqanlarına...