Çərşənbə, 20 Yanvar, 2021
Sovet İttifaqının son rəhbəri Mixayıl Qorbaçov rus mətbuatına verdiyi müsahibədə Dağlıq Qarabağ problemi haqda danışıb. O deyib ki, Rusiya Dağlıq Qarabağ problemini tənzimləməyə kömək edəcək, "qalib və məğlub olmasına baxmayaraq" hər iki ölkənin maraqlarına uyğun həll yolu axtaracaq. Keçmiş sovet lideri əmindir ki, indi ki, hərbi əməliyyatlar təzəcə bitib, bununla...
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1 682 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 21 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 224 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 207 088 nəfər müalicə olunaraq sağalıb, 2 890 nəfər vəfat edib. Hazırda 14 072 aktiv xəstə var. Son sutka ərzində yeni...
“Azərxalça” ASC-nin İdarə heyətinin sədrinin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, dövlət idarəçiliyində maliyyə şəffaflığının təmin edilməsi istiqamətində qarşıya çıxan korrupsiya hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Belə tədbirlərdən biri kimi “Azərxalça” ASC-nin İdarə...
Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Ermənistandan Dağlıq Qarabağa 181 erməninin gəldiyini açıqlayıb. Nazirlik bildirib ki, gələnlərin marşurutu üzrə Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edir və konvoy Rusiya sülhməramlılarının nərzarəti altında Dağlıq Qarabağa keçir.  Məlumatda deyilir ki, bu günə kimi ümumilikdə 47 min 834 nəfər erməninin Dağlıq Qarabağa gətirilməsi təmin...
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1 879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 223 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 205 406 nəfər müalicə olunaraq sağalıb, 2 869 nəfər vəfat edib. Hazırda 15 142 aktiv xəstə...
Bundan sonra məcburi köçkünlər üçün yaşayış evləri yalnız onların doğma yerlərində - azad edilmiş ərazilərdə tikiləcək. Bunu dövlət başçısı İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına dair müşavirədə bildirib. "Bundan sonra Bakı, Gəncə, Mingəçevir və ya Sumqayıtda köçkünlər üçün evlər tikilməməlidir. Bu evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək", - İ.Əliyev...
27 sentyabrda başlayan hərbi əməliyyatlardan sonra, Azərbaycan Ermənistanın işğal etdiyi torpaqların əsas hissəsini geri qaytarıb. Dağlıq Qarabağın bir hissəsi və ətraf yeddi rayonun işğaldan azad edilməsindən sonra əsas maraq doğuran məsələ də məcburi köçkünlərin öz torpaqlarına hansı formada köçürüləcəkləridir. Prezidentin və digər dövlət qurumlarının köçürmələrin könüllülük prinsipi əsasında aparılması...
Rusiyadan humanitar yardım kimi gətirilən tikinti materialları ilə Dağlıq Qarabağda 260 bina təmir edilib. Bubarədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, Dağlıq Qarabağdakı 260 bina humanitar yardım çərçivəsində Rusiyadan gətirilən inşaat materialları ilə təmir olunub. Bərpa olunmuş binalar arasında özəl, çoxmərtəbəli yaşayış evləri və sosial obyektlər var. Hazırda 15 binada...
Koronavirusun hərarət, öskürək, nəfəs darlığı və tənəffüs çətinliyi əlamətlərinə yenisi əlavə edilib. İngiltərədə aparılan araşdırmada ürək döyüntüsündəki artımın da yeni növ koronavirusun əlamətlərindən biri ola biləcəyi qeyd olunur. Məlumata görə, mobil tətbiq vasitəsi ilə dünyanın müxtəlif yerlərindən 4 milyondan çox insanın məlumatları analiz edilib. Tədqiqatın nəticələri göstərib ki, virusun əlamətlərindən...
2021-ci ildən Tanınmamış Dağlıq Qarabağ respublikası Azərbaycana məxsus ətraf rayonları itirəndən sonra iqtisadçıların proqnozlarına görə ağır iqtisadi çətinliklərlə üz-üzə qalıb. Bu haqda Sputnik radiosuna müsahibəsində "İstehlakçılara məsləhət mərkəzi" adlı erməni QHT-sinin rəhbəri, iqtisadçı Karen Çilingəryan deyib. Çilingəryanın sözlərinə görə Dağlıq Qarabağın ilk problemi elektrik enerjisi imkanlarını itirməklə bağlıdır. Belə ki,...