Bazar ertəsi, 18 Oktyabr, 2021
Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Bu barədə AZAL xəbər verir. "Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtını və yanacaq sərfiyyatını azaldacaq....
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun 14 gündür quru aclıq etdiyi, nəticədə səhhətinin kəskin pisləşdiyi bildirilir. AXCP-dən Meydan TV-yə verilən məlumata görə, Niyaməddin Əhmədov artıq sərbəst hərəkət edə bilmir. Buna baxmayaraq, o, quru aclığı davam etdirməkdə israrlıdır. 2020-ci...
Bakıdakı Hüseyniyyə məscidi bağlanıb. Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb: “Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb....
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası...
Azərbaycan Taekvando Federasiyası Olimpiadada uğursuzluğa görə idmançıların maaşlarını 70 faiz kəsib. Qafqazinfo bildirir ki, bu barədə dünya çempionu Milad Beiqi Harçeqani deyib. O əlavə edib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra maaşının 70 faizi kəsilib: “Bəli, uğursuzluğa görə maaşımın 70 faizini kəsiblər”. Məsələ ilə bağlı detallara gəlincə, Milad əlavə açıqlama vermək istəmədiyini...
“Azərxalça” ASC-nin İdarə heyətinin həbsdə olan sabiq sədri Vidadi Muradov xəstəxanaya yerləşdirilib. V. Muradov Milli Onkologiya Mərkəzinə köçürülüb. Sabiq sədrin cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilməli idi. Onkoloji xəstə olan Vidadi Muradovun səhhəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. V.Muradov 21 milyon 673 min manatı mənimsəməkdə ittiham olunur. İttihama...
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) oktyabrın 3-də “Pandora Sənədləri”adlı araşdırmasının nəticələrini yayımlayıb. Jurnalistlər dünyanın hər yerindən offşor şirkətlərin sahibləri haqqında məlumatlar yer alan 12 milyon sənədi təhlil ediblər. Dünya liderlərinin, siyasətçilərin və milyarderlərin gizli sərvətləri və ticarətləri maliyyə sənədlərinin ən böyük sızıntılarından birində ifşa edilib. “Pandora Sənədləri” araşdırmasında təxminən 35 indiki...
Tanınmış azərbaycanlı iş adamı, milyarder Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəyib. “İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istədi. Bu səbəbdən onun Rusiya Federasiyasına ekstradisiyası şübhəli olacaq”, - deyə “Vijesti” portalı hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb. Bir müddət əvvəl Moskvadakı “Çerkizov” bazarının keçmiş sahibi T.İsmayılovun Rusiya Federasiyası tərəfindən verilən axtarış...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan xüsusi xidmət orqanlarına işləyən casusu həbs etməsi ilə bağlı məlumat yayıb.  Məlumatda deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik...
Sentyabr 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elməddin Əhmədov inzibati qaydada həbs olunub.  Bu barədə Turan-a partiyadan məlumat verilib.  Bildirilir ki, Elməddin Əhmədov bir neçə gün öncə Saatlı rayonunun Nabatakənd, Çolpu və Orta Muğan kəndlərinin sakinlərinin su tələbilə aksiya keçirilməsindən sonra həbs olunub. "Aksiya günü Orta Muğan kənd sakini, Azərbaycan Xalq...