Вторник, 13 апреля, 2021
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev dünən “Twitter” hesabında Xankəndində millət vəkili kimi özünə ofis açılacağını bəyan edib. O yazıb: "Hazırda şəhərdəki yeni ofis binası üçün mümkün yerləri nəzərdən keçiririk. Xankəndinin bütün sakinlərini təmsil edən millət vəkili kimi etnik mənşəyindən asılı olmayaraq hər kəsə...
Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimlərinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb. Səfər çərçivəsində din xadimləri əvvəlcə Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanını və şəhər Cümə məscidini ziyarət ediblər. Burada Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib və onların ruhuna dualar oxunub. Həmçinin Qurandan ayələr tilavət olunub. Daha sonra...
Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla Şixəliyev Mövlan Məmmədismayıl oğlunun MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə...
TƏBİB "COVİD-19" xəstələri ilə çalışan həkim heyətinə və bu infeksiyaya yoluxmuş şəxslərə müraciət edib. TƏBİB-dən verilən xəbərə görə, son dövrlər ayrı-ayrı şəxslər tərəfindən  “COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və  müalicənin doğru aparılmadığı hallarına rast gəlinir: "Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və...
Artıq bir müddətdir ki, Azərbaycanda koronavirusun təsirlərini azaltmaq üçün nəzərdə tutulan karantin tədbirləri çərçivəsində metroların fəaliyyəti dayandırılıb. Metroların işləməməsi və bunun fonunda ölkənin nəqliyyat sahəsində yaranan mənzərə ortaya bir çox suallar çıxardır: Metorlar bağlı olduğu müddətdə ölkədə əhalinin tutumu baxımdan vəziyyət nə yerdədir? Metroların bağlanmasının səbəbi həqiqətəndə pandemiyadırmı? Abzas.net...
Prezident İlham Əliyev Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətinin məlumatına görə, sərəncamda qeyd edilir ki, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin. Xatırladaq ki, aprelin 2-də Prezident İlham Əliyev Əhməd...
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) vəfat edib. Bu barədə xalq artistinin həyat yoldaşı Güllü Hüseynova deyib. R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.
Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq qərar verilib. Belə ki, aprelin 5-dən qeyd olunan ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili başlayır. Distant tədris zamanı...
7 apreldə Rusiyaya rəsmi səfər edəcək Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşə bilmək üçün 7 günlük karantinə girib.  Paşinyanın mətbuat katibi bildirib ki, Baş nazir Rusiya səfərinə qədər heç bir kütləvi toplantıda iştirak etməyəcək. O bildirib ki, Paşinyan bu müddət ərzində müxtəlif nazirlərlə təmasda olaraq dövləti idarə...
Azərbaycan işğaldan azad edilmiş Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər" raketlərinin atıldığını bildirir və ANAMA cümə günü bunun sübutu kimi raket qalıqları nümayiş etdirib. Kremlin sözcüsü Dmitiri Peskov isə Qarabağda Ermənistanın bu raketlərdən istifadə etmədiyini bildirib. Peskov deyib ki, bundan əvvəl də bu mövzu müzakirə olunub və...