Çərşənbə, 20 Yanvar, 2021
Bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayır. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq. Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunacaq. Azərbaycanda birinci mərhələdə...
"Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir" Bu barədə Azərbaycan Müdafiə Nazirliyi...
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Peyvənd ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq. COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır: 1-ci mərhələ - Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; 2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi,...
Azərbaycanda "SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. Qərara əsasən, 2020-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz,...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər sosial şəbəkələrdə yeni növ koronovirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq ediləcək vaksinlərin təhlükəli olması və postvaksional ağırlaşmalara, ölüm hallarına görə kompensasiya veriləcəyi ilə bağlı iddialara aydınlıq gətirib. Qurumdan həmin şayiələrin həqiqəti əks etdirmədiyi bildirilib. Qeyd olunub ki, TƏBİB tərəfindən bununla bağlı hər hansı...
NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov Azərbaycan prezidenti haqqında tənqidi statusuna görə dünən polisə aparılıb. E..Abbasov Turan agentliyinə bildirib ki, yanvarın 12-də günorta saatlarında küçədə VAZ 21 07 markalı avtomobil onun yolunu kəsib. "Avtomobildəki adam mənim adımı dəqiqləşdirdi və rəislə söhbətdən ötrü polisə getmək üçün avtomobilə əyləşməyi təklif etdi. Mən rəsmi...
Dağlıq Qarabağda son baş vermiş müharibədə xeyli ərazilərin Azərbaycan tərəfindən geri alınmasına görə 34 min nəfərə yaxın erməni sakin evsiz qalıb. Bu haqda Ermənistanın Əmək, Sosial və Miqrasiya məsələləri üzrə naziri Mande Tandilyan Rusiyanın "RİA Novosti" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə hərbi əməliyyatlar bitdikdən sonra regionda humanitar böhran başlayıb. "Müharibədən...
Dövlət başçısı İlham Əliyev Şuşaya gedib və Gövhər Ağa məscidini ziyarət edib. Sonra o, xanımı və qızı ilə birlikdə üç görkəmli şuşalı - bəstəkar Üzeyir Hacıbəyli, müğənni Bülbülün və şairə Natəvanın bürünc büstlərini açıb. 1992-ci ildə şəhər erməni qoşunları tərəfindən işğal edildikdən sonra həmin büstlərə ziyan dəyib və metal qırıntısı...
Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı Füzuli beynəlxalq hava limanının təməlini qoyub. O deyib ki: “Füzuli beynəlxalq hava limanının təməlini qoyduq. Bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə gələ...
Bu gün Azərbaycanda yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd olunub ki, onlardan 27 nəfəri kişi, 373 nəfəri isə qadındır. Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır. Ən...