Bazar, 5 İyul, 2020
1-ci epizod 1906-cı ildə “Molla Nəsrəddin” satirik dərgisinin nəşrə başlamasından bir müddət sonra Azərbaycanda yeni dalğa yarandı: bir-birinin ardınca başqa satirik dərgilər – o dövrün təbirincə desək, gülgü məcmuələri meydana çıxdı. Onların arasında 1907-ci ildə ilk sayı işıq üzü görən “Bəhlul”, 1910-cu ildə nəşrə başlayan “Mirat” və “An”, sonralar isə “Kəlniyyət”...
Monakoda keçirilən hərracda “Ölülərin kitabı”adlandırılan papirus 1.3 milyon avroya satılıb. Kult.az xəbər verir ki, hərrac “Hоtel des Ventes de Monte-Carlo” hərrac evi tərəfindən təşkil olunub. Məlumata görə, qədim Misir papirusu dini mövzulara həsr olunmuş mətnlərin toplusundan ibarətdir. Sözügedən papirusu qədim misirlilər ölüyə qəbir dünyasında yol göstərməsi üçün məzarlara qoyublar. Papirus e.ə 595-589-cu illərdə...
(Gi de Mopassanın əziz xatirəsinə ithaf olunur) Əminə hər şənbə günü bazara gedib bir dəstə təzə gül alırdı. Yenə şənbə günü idi. O, bazara gəlmişdi. Gül satılan cərgədə gəzib piştaxta üstünə yığılmış güllərə baxırdı. Böyük bir gül dəstəsi qızın xoşuna gəldi. Ayaq saxladı, qiymətini soruşdu. Heyf ki, gül dəstəsi çox...
300 il əvvəl Londonda Daniel Defonun Robinzon Kruzo əsəri işıq üzü görüb. Kitab bütün dünyada bestsellerə çevrilir. Lakin əsərin qəhrəmanının prototipinin gerçək olduğunu hər kəs bilmir. 1719-ci il, 25 apreldə Daniel Defonun “Yorklu dənizçi Robinzon Kruzonun həyatı və inanılmaz macəraları…“ (bu, hələ əsərin tam adı deyil) romanı işıq üzü görür...
Seymur Baycan                     Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloş müəllifi olduğu “Kölə edilmiş ağıl” əsərinin sonlarında “Niyə sosialist Polşasına qarşı çıxdım” sualına cavab axtarır və belə bir hadisə yazır: “... Mənim həqiqi xoşbəxtlik üçün imkanlarım vardı. Müharibənin dağıntılarından sonra yenidən inşa edilən...
Fransada yaşayan gənc yazıçı Nicat Kazımov tanınmış fransız yazıçı Jan Pol Sartrın və Albert Kamyunun Üzeyir Hacıbəyovun qardaşı oğlu Timuçin Hacıbəyliyə yazdığı məktubun tərcüməsini və görüntüsünü yayıb.  Nicat Kazımov bildirib ki, Jan Pol Sartrın Timuçin Hacıbəyliyə yazdığı məktubu tərcümə edib. Onun sözlərinə görə, Timuçin Hacıbəylinin Sartre və Kamyu ilə...
Bakıda - Yasamal rayonunda İnşaatçılar prospekti ilə Nəriman Nərimanov küçələrinin kəsişməsində "Azərkitab” adlı böyük kitab mağazasının açılışı olub. Açılış mərasiminə millət vəkilləri, yazarlar, tannmış sənət nümyəndələri və oxucular qatılıb. Mərkəz artıq sabahdan sistemli şəkildə fəaliyyətə başlayacaq. Mərkəzdə tədbir üçün nəzərdə tutulmuş otaqlar, akt zalı, müxtəlif kitabların yerləşdiyi "Book cafe” bölməsi, uşaqlar üçün "Nağıl...
Nağıl Biri vardı, biri yoxdu, Qretel adında bir aşpaz vardı. Qırmızı dabanlı ayaqqabısını geyinib evdən çıxar, o tərəf-bu tərəfə fırlanar, olduqca sevinər və fikirləşərdi: "Mən çox gözəl qızam". Evə qayıdan kimi şənlənmək üçün bir qurtum şərab içərdi. Şərabdan sonra da, əlbəttə, yemək istəyirsən. Bundan sonra başlayırdı bişirdiyi ən yaxşı xörəklərin...
“İstanbul: xatirələr və şəhər” kitabından On yaşıma qədər ağlımda çox qabarıq bir Allah xəyalı gəzdirdim: üzü qeyri-müəyyən, həddindən artıq yaşlı, ağ çarşabda çox möhtərəm qadın görüntüsü idi bu. İnsana bənzəməsinə baxmayaraq, bu görüntü xəyallarımdakı başqa insanlar kimi, küçədə rast gələcəyim hər hansı biri kimi göz önümdə peyda olmazdı. Çünki baş...
Azərbaycanlılar hansısa xarici ölkədə korrupsiyaya görə istefa verən prezident, rüşvətə görə tutulan nazir, sadə mənzildə yaşayan, işə velosipedlə gedib-gələn məmur haqqında oxuyanda heyrətlənirlər, hədsiz həsəd hissi ilə “o əjdahadan niyə bizdə də olmadığı” barədə fikirləşirlər. Burada “fikirləşirlər” sözü bir az yersiz təsir bağışlaya bilər, çünki istər-istəməz adamın ağlına belə...