Ukrayna MN: "Silahlı Qüvvələrin ərazi müdafiə bölmələri Rusiya ilə sərhədə çatıb"

Ukrayna MN: "Silahlı Qüvvələrin ərazi müdafiə bölmələri Rusiya ilə sərhədə çatıb"
16 May 2022
Mətni dəyiş
Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə bölmələrindən birinin döyüşçüləri Rusiya ilə dövlət sərhədinə çatıblar. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. "Ukrayna Silahlı Qüvvələrinin Xarkov ərazi müdafiə qüvvələrinin 127-ci briqadasının 227-ci batalyonu rusları sıxışdırıb çıxararaq dövlət sərhədinə çatıblar", - nazirlik Facebook-da bildirib. Müdafiə Nazirliyi ukraynalı hərbçilərin sərhəd postunda dayandığı videonu paylaşıb. Videoda onlar Ukrayna lideri Volodimir Zelenskiyə müraciət edərək deyirlər: “Biz çatdıq, cənab prezident! Biz buradayıq. Sərhəddəyik”. [video width="640" height="352" mp4="https://www.abzas.net/wp-content/uploads/2022/05/telegram-cloud-document-2-5190953591988295811.mp4"][/video]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun