“Sərhədsiz Reportyorlar” bloger Eyvaz Yəhyaoğlunu azad etməyə çağırıb

 “Sərhədsiz Reportyorlar” hüquq- müdafiə təşkilatı Azərbaycanda həbs edilmiş bloger Eyvaz Yəhyaoğlunun dərhal azad edilməsinə çağırıb.

Mayın 12-də təşkilatın Tvitter hesabında dərc olunmuş məlumatda deyilir: “Mayın 9-da bloger Eyvaz Yəhyaoğlu polisə çağırıldıqdan sonra polisə “tabe olmama” ittihamı ilə 28 sutka həbs edilib.

Bundan sonra onun vətəndaşların hüquqlarının pozulmasını işıqlandıran YouTube kanalına daxil olmaq mümkün olmayıb. “Sərhədsiz Reportyorlar” təzyiqi dayandırmağa və onu dərhal azad etməyə çağırır”

Mayın 10-da Azərbaycan Milliyyətçi Demokrat Partiyasının fəalı, bloğer Eyvaz Yahyaoğlu Şirvan şəhər Məhkəməsinin qərarı ilə 28 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə AMDP sədri Qələndər Muxtarlı bildirib.

“Eyvazı mayın 9-da Şirvan şəhər Polis Şöbəsinə çağırıblar və gecə orada saxlayıblar. Mayın 10-da Şirvan Şəhər Məhkəməsi onu İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilərək 28 sutka həbs edib. Amma, Eyvaz polisin tələbinə tabe olaraq özü polis şöbəsinə gedib”, deyə Muxtarlı qeyd edib.

Əvvəlki məqaləKreml: Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün təhdiddir
Növbəti məqalədəJurnalistləri Müdafiə Komitəsi: Azərbaycan hakimiyyəti jurnalistin təhlükəsizliyini təmin etməlidir