Rusiyanın “Admiral Makarov” freqatının Neptun raketi ilə vurulduğu deyilir

Rusiyanın “Admiral Makarov” freqatının Neptun raketi ilə vurulduğu deyilir
6 May 2022
Mətni dəyiş

Mayın 5-i Cümə axşamı günü yayılan məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Makarov” freqatı Ukrayna tərəfindən Neptun raketləri ilə batırılıb.

Bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko, həmçinin Ukrayna mətbuatı xəbər yayıb.

Ukrayna və Rusiya rəsmiləri tərəfindən hələlik təsdiqlənməmiş məlumatlara görə, Sevastopol dəniz bazasında olduğu güman edilən “Admiral Makarov” freqatı batırılıb.

Ukraynanın Telegram kanallarında gəminin yanması iddia edilən görüntülər də paylaşılıb. Öz sinfində üçüncü, sonuncu və ən müasir gəmi olan “Admiral Makarov” raket-freqatının Rusiya üçün çox əhəmiyyətli faktor olduğunu və freqatın batmasının Rusiya prezidenti Vladimir Putinə böyük zərbə olacağını deyilir.

Bundan əvvəl, aprelin 14-də Rusiya Silahlı Qüvvələrinin Qara dəniz donanmasının ən böyük gəmisi, “Moskva” flaqma raket kreyseri Ukrayna sahillərində vurularaq batırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun