MN: Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

MN: Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
12 May 2022
Mətni dəyiş

Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonundakı mövqeləri atəşə tutulub.  Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Açıqlamada qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun