Ukraynanın keçmiş prezidentləri ‘Azovstal’dan mülki əhali və hərbçilərin təxliyəsi üçün kömək çağırışı ediblər

Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma, Viktor Yuşenko və Pyotr Poroşenko dünya liderlərindən Mariupoldakı “Azovstal” zavodundan mülki əhalinin və hərbçilərin təxliyyəsinə kömək etməyi xahiş ediblər.

Məktubda deyilir ki, Rusiya qoşunları prezident Vladimir Putinin göstərişi ilə onları “barbar üsullarla məhv etməyə” çalışır.

“Raşistlərin belə sarsıdıcı qəddarlığı ağlasığmazdır. Mariupol şəhəri indi cinayətlərinin izini gizlətməyə çalışan Rusiya ordusu tərəfindən demək olar ki, tamamilə dağıdılıb”, – müraciətdə deyilir.

‘Azovstal’dan mülki əhalinin təxliyəsindən sonra Ukrayna hakimiyyəti daha 500 nəfərin – tibb işçilərinin və yaralıların təxliyəsi üçün danışıqlar apardıqlarını açıqlayıb. Zavodu qoruyan hərbçilər də özlərinin təxliyyə edilməli olduqlarını deyirlər

Ukrayna tərəfinin bildirdiyinə görə, Vladimir Putinin zavoda hücum etməmək barədə ictimai əmrinə baxmayaraq, Rusiya ‘Azovstal’ı bombalamağa, atəşə tutmağa və hücuma cəhdə davam edir.

Əvvəlki məqaləMask ‘Twitter’in satın alınma sövdələşməsinin “müvəqqəti dayandırıldığını” söyləyib
Növbəti məqalədəKitabların üzərinə qoyulan ƏDV ləğv edilib