Jurnalistləri Müdafiə Komitəsi: Azərbaycan hakimiyyəti jurnalistin təhlükəsizliyini təmin etməlidir

Jurnalistləri Müdafiə Komitəsi: Azərbaycan hakimiyyəti jurnalistin təhlükəsizliyini təmin etməlidir
12 May 2022
Mətni dəyiş

“Azərbaycan hakimiyyəti jurnalist Aytən Məmmədovaya qarşı təhdidləri və son hücumu tez və hərtərəfli araşdırmalı və onun təhlükəsizliyini təmin etməlidir”, - Jurnalistləri Müdafiə Komitəsinin  bəyanatında deyilir.

“Aytən Məmmədovaya qarşı son hücum və təhdidlər təkcə ona deyil, Azərbaycanda bütün jurnalistlərə qarşı hücumdur. Azərbaycan hakimiyyəti jurnalistləri qorxutmaq, susdurmaq cəhdlərinin qəbuledilməz olduğu və hücumun sifarişçisi ola biləcək hər kəs də daxil olmaqla, məsuliyyət daşıyanları tez bir zamanda məsuliyyətə cəlb etmək barədə açıq mesaj verməlidir” -Komitənin  Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

Mayın 8-də axşam frilanser jurnalist Aytən Məmmədova yaşadığı evin liftində naməlum şəxsin hücumuna məruz qalıb.  Naməlum şəxs onun  boğazına bıçaq dirəyib və  məhkəmə işini işıqlandırmağa son qoymasa, onunla haqq-hesab çəkiləcəyilə hədələyib.

Məmmədova bundan öncə  də Tovuz rayonunda azyaşlı qızın qətli üzrə  işə dair nəşrlərin dayandırılması tələbilə bağlı  hədələrə məruz qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun