İsveç NATO-ya üzv olmaq istəyini rəsmi qaydada bildirib

İsveç NATO-ya üzv olmaq istəyini rəsmi qaydada bildirib
16 May 2022
Mətni dəyiş

Rusiyanın təzyiq və təhdidlərinə baxmayaraq, İsveç də NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib.

Xarici mətbuata gedən məlumatlarda qeyd olunur ki, elə bir bəyanatla hakim Sosial Demokrat Partiyası çıxış edib.

"Sosial Demokrat Partiyası bu gün, 2022-ci il mayın 15-də keçirilən iclasında təşkilatın İsveçin NATO-ya üzv olmaq üçün müraciət etməsinə nail olmaq üçün çalışacağına qərar verib", - rəsmi məlumatda deyilir.

Mayın 15-də Finlandiya da Şimali Atlantika Alyansına qoşulmaq üçün rəsmi qərar qəbul edib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, Berlinin Avropa İttifaqındakı (Aİ) müttəfiqləri kimi İsveç əslində alyansın formal üzvü olmadan artıq NATO-nun bir hissəsidir. Onun sözlərinə görə, əgər təşkilata üzv olmaq üçün müraciət edilsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun